CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Metronun növbəti stansiyasının açılacağı vaxt bəlli oldu

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidПоезд в тоннеле, фото из архива
Поезд в тоннеле, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Şərti olaraq B-3 adlandırılan stansiyanın adına gəldikdə, bununla bağlı qərar Nazirlər Kabineti yanında Adqoyma Komissiyası tərəfindən veriləcək

BAKI, 15 dekabr — Sputnik. “Bənövşəyi xətt”in sayca üçüncü stansiyası, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, “Papanin” kimi tanınan ərazidə yerləşən stansiya 2020-ci ildə açılacaq.

İlham Əliyev Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda metro durdu: “Ulduz”-“Həzi Aslanov” istiqamətində qatarlar dayanıb

Sputnik Azərbaycan Modern.az-a istinadla xəbər verir ki, bunu“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

B.Məmmədov qeyd edib ki, artıq stansiyada tikinti işləri yekunlaşıb və bəzi texniki məsələlər həyata keçirilir.

Şərti olaraq B-3 adlandırılan stansiyanın adına gəldikdə, qurum rəsmisi bununla bağlı qərarın Nazirlər Kabineti yanında Adqoyma Komissiyası tərəfindən veriləcəyini bildirib: “Tərəfimizdən B-3 stansiyasının adı ilə bağlı hər hansı müzakirə aparılmayıb  və təklif verilməyib. Əgər Nazirlər Kabineti tərəfindən adla bağlı bizə müraciət daxil olarsa, müzakirə edilə bilər. Hələlik belə müraciət yoxdur”.

Xəbər lenti
0