Davudoğlu "Gələcək" qurdu, Ərdoğana böyük rəqib gəldi

© ulkedehaberƏhməd Davudoğlu - Türkiyənin baş naziri
Əhməd Davudoğlu - Türkiyənin baş naziri - Sputnik Azərbaycan
Abunə olmaq
"Siyasətimizin təməli insan qürurunu qorumaq və yüksəltməkdir. İnsana laqeyd münasibət göstərən dövlət davamlı ola bilməz"

BAKI, 13 dekabr — Sputnik. Türkiyənin sabiq Baş və Xarici İşlər naziri Əhməd Davudoğlu yeni partiya yaradıb. Sputnik Azərbaycan "Sözcü"yə istinadən xəbər verir ki, bu gün Ankarada Gələcək Partiya adlı siyasi partiyanın toplantısı keçirilib.

Президент Турции Тайип Эрдоган выступает на пресс-конференции в особняке Хубера в Стамбуле - Sputnik Azərbaycan
Ərdoğan bu dövlətin siyasətini "bəşəriyyət üçün təhlükə" adlandırdı

Məlumatda qeyd olunur ki, partiyanı 154 nəfər təsis edib.

Gələcək Partiyanın emblemi isə yaşıl rəngdə çinar yarpağı, şüarı isə "Bizim bir gələcəyimiz var"dır.

"Dostlarımızla birgə tarixin və millətimizin önündəyik. Bütün təzyiqlərə və formalaşdırılan qorxu atmosferinə baxmayaraq, ölkəmizə rifah və varlıq içərisində bir gələcək yaratmaq üçün bir araya gəldik. Siyasətimizin təməli insan qürurunu qorumaq və yüksəltməkdir. İnsana laqeyd münasibət göstərən dövlət davamlı ola bilməz", - deyə Davudoğlu bildirib.

Xəbər lenti
0