SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan bu dövlətin siyasətini "bəşəriyyət üçün təhlükə" adlandırdı

© REUTERS / MURAD SEZERПрезидент Турции Тайип Эрдоган выступает на пресс-конференции в особняке Хубера в Стамбуле
Президент Турции Тайип Эрдоган выступает на пресс-конференции в особняке Хубера в Стамбуле - Sputnik Azərbaycan
Abunə olmaq
BMT Təhlükəsizlik Şurasının üzvləri arasında bir müsəlman ölkəsi yoxdur. Bu yolverilməzdir. Hazırkı dünya düzəni İkinci Dünya Müharibəsində qalib gələn ölkələr tərəfindən formaşdırılıb"

BAKI, 28 noyabr — Sputnik. İslam Dünyasında birliyin olmaması müsəlman ölkələri ilə asan şəkildə manipulyasiya etməyə imkan verir. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Daimi Komitəsinin 35-ci iclasında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Müsəlman ölkələri ilk növbədə öz güclərinə inanmalı və öz siyasətini İslam dünyasının gücü əsasında qurmalıdır", - deyə Ərdoğan vurğulayıb.

Посольство Израиля в Москве прекратило работу из-за забастовки дипломатов - Sputnik Azərbaycan
İsrailin Azərbaycandakı səfirliyi müvəqqəti olaraq işini dayandırır

Türkiyə Prezidenti Qərb ölkələrinin ikili standartlarını da tənqid edib: "Demokratiya və insan haqları barədə danışmağı xoşlayan ölkələrdə müsəlmanlara və qaçqınlara qarşı təzyiqlərə gələndə kor və kar olurlar".

O, eyni zamanda BMT-nin müasir standartlara cavab vermədiyini də bildirib: "BMT Təhlükəsizlik Şurasının üzvləri arasında bir müsəlman ölkəsi yoxdur. Bu yolverilməzdir. Hazırkı dünya düzəni İkinci Dünya Müharibəsində qalib gələn ölkələr tərəfindən formaşdırılıb".

Türkiyə Prezidenti daha sonra çıxışında Fələstin – İsrail münaqişəsinə diqqət ayırıb.

Ərdoğan vurğulayıb ki, İsrail fələstinlilərin yaşam, mülk və iş hüququna hörmət etmir: "Təl-Əvivin siyasəti regionun və ümumilikdə bəşəriyyətin gələcəyi üçün təhdiddir. Qüdsün statusunun dəyişdirilməsi cəhdləri və üç din üçün müqəddəs olan bu şəhəri yalnız bir dinin mərkəzinə çevirmək cəhdi böyük səhvdir".

Xəbər lenti
0