CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Futbola gedənlərin nəzərinə, metrodan xəbərdarlıq var

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
İlham Əliyev Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün "Qarabağ" klubu saat 21:55-də Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində son oyununu keçirəcək

BAKI, 12 dekabr — Sputnik. Bu gün "Qarabağ" klubunun oyununu stadionda canlı izləyəcək tamaşaçılar saat 00:30-a qədər "Bakı Metropoliteni"nin "Gənclik" stansiyasına daxil ola və qatarlarla mənzil başına çata bilərlər.

Bu barədə Sputnik Azərbaycan-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Qurum rəsmisi bildirib ki, digər stansiyaların girişi adi iş vaxtı qaydası ilə saat 00:00-da bağlanacaq.

Qeyd edək ki, bu gün "Qarabağ" klubu saat 21:55-də Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində son oyununu keçirəcək.

Xəbər lenti
0