CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın sevimli komandası gözdən düşdü, kapitan dilə gəldi

© Sputnik / Murad OrujovМатч стартового тура группы A Лиги Европы по футболу между азербайджанским "Карабахом" и испанской "Севильей"
Матч стартового тура группы A Лиги Европы по футболу между азербайджанским Карабахом и испанской Севильей - Sputnik Azərbaycan
Abunə olmaq
"Baxmayaraq ki, şansımız yoxdur, son oyunumuzda yaxşı nəticə qazanmaq istəyirik. Oyunun önəmi böyük olmasa da, ən yaxşısını etməyə çalışacağıq"

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 11 dekabr — Sputnik. Sabah "Qarabağ" futbol klubu Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda "Düdelanj"ı qəbul edəcək.

Sputnik Azərbaycan xəbər verir ki, oyun öncəsi klubun baş məşqçisi Qurban Qurbanov və kapitan Maksim Medvedev mətbuat nümayəndələrinin qarşısına çıxıblar. Futbolçu komandanın qrupdan çıxmaq şansı olmasa da, matça ciddi hazırlaşdığını vurğulayıb. Medvedev oyuna marağın az olması haqda da fikirlərini bildirib:

"Baxmayaraq ki, şansımız yoxdur, son oyunumuzda yaxşı nəticə qazanmaq istəyirik. Oyunun önəmi böyük olmasa da, ən yaxşısını etməyə çalışacağıq. Bizim işimiz futbol oynamaqdır. Bu, azarkeşlər üçün bir növ şoudur. Biz də istərdik ki, stadion dolsun. Elə azarkeşlər var ki, bizim köhnə nəticələrimizə baxıb, gəlməyəcəklər. Əsl azarkeşlər yanımızda olmalıdır. Mən özüm azarkeş olsaydım, stadiona gələrdim".

Qeyd edək ki, qarşılaşma sabah 21:55-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. 23 gün öncə satışa çıxarılan biletlərin cəmi 5000-i alınıb. Xatırladaq ki, oyunun keçiriləcəyi stadion 31200 nəfər yer tutur.

Xəbər lenti
0