BAKI, 10 dekabr — Sputnik. "Yuventus" klubunun hücumçusu Kriştianu Ronaldu keçmiş komanda yoldaşlarına "Real Madrid"i tərk etməyin səhv qərar olduğunu etiraf edib. Sputnik Azərbaycan xəbər verir ki, məlumatı İspaniyanın "ABC" qəzeti mənbələrə istinadən yayıb.
Portuqaliyalı "Real Madrid"də 10 il çıxış etdikdən sonra 2018-ci ildə İtaliyanın "Yuventus" klubuna keçib. Məlumatlara görə, Ronaldunun keçidinin əsas səbəbi "Real"ın onun müqaviləsini yeniləmək üçün futbolçunun istədiyi məbləği təklif etməməsi ilə bağlı olub.
İndi isə Ronaldunun bu qərarı verdiyinə peşman olduğu bildirilir. Məlumatlara görə, portuqaliyalı elə düşünür ki, "Real"da qalsaydı, son iki “Qızıl top” mükafatını qazanacaqdı. Lakin o, bunu məlum səbəblərdən açıq şəkildə deyə bilmir. Futbolçu həmçinin 33 yaşında hər şeyi sıfırdan başlamağın çətin olduğunu deyib.
Hazırda 34 yaşı olan Ronaldu "Yuventus"un heyətində 2019/2020 mövsümünün 13 oyununda yalnız 8 qol vurub. O, sonuncu dəfə 2017-ci ildə olmaqlaq beş dəfə "Qızıl top" mükafatına layiq görülüb.