CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qadağa siyahısı təsdiqləndi: onlara uşaq götürmək olmaz

© AP Photo / Emilio EspejelKimsəsiz uşaq, arxiv şəkli
Kimsəsiz uşaq, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydaları"nı ictimai müzakirəyə təqdim edib

BAKI, 7 dekabr — Sputnik. Azərbaycanda hansı xəstəlikləri olan şəxslərin övladlığa uşaq götürməsinin qadağan ediləcəyi açıqlanıb.

Sputnik Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadla xəbər verir ki, "Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydaları" ictimai müzakirəyə təqdim edilib.

Sənədin 4-cü bəndində övladlığa götürməyə icazə verilməyən xəstəliklərin adları açıqlanıb.

Belə ki, bu xəstəliklərdən biri və ya bir neçəsinin daşıyıcısı olan şəxslər tərəfindən uşağın övladlığa götürülməsinə icazə verilmir:

- Vərəm (aktiv və xroniki) - lokalizasiyasından asılı olmayaraq, I, II və V qrup dispanser qeydiyyatında olan xəstələr;

Семья, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Xəyanət insanları valideynlik hüququndan məhrum etməyə əsas vermir

- daxili orqanların, sinir sisteminin, dayaq-hərəkət aparatının xəstəlikləri - dekompensasiya mərhələsində olan xəstələr;

- bədxassəli onkoloji xəstəliklər – III və IV mərhələ;

- narkomanlıq, toksikomanlıq, xroniki alkoqolizm;

- infeksion xəstəliklər - dispanser qeydiyyatından çıxarılana qədər olan xəstələr;

- ruhi xəstəliklər - məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər;

- Əmək qabiliyyətini itirməklə I və II dərəcə əlilliyə gətirib çıxaran bütün travmalar və xəstəliklər.

Qeyd edək ki, "Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydaları" layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi portalında dərc olunub. Beləliklə, hər kəs sənədi oxuyaraq rəy və təkliflərini yaza bilər.

Xəbər lenti
0