CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nəqliyyatda yeni qayda – Hər şey vahid mərkəzdən idarə olunacaq

© Pexels Hugo Santos / driverSürücü
Sürücü - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda proqram təminatının üzərində iş aparılır. Sürücünün səhər işə gələndən axşam işdən çıxanadək iş prosesi izlənəcək

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 6 dekabr — Sputnik. Bakıda marşrut avtobuslarının idarə olunacağı yeni vahid mərkəz yaradılır. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin (BNA) Nəqliyyat İinfrastrukturunun Təşkili şöbəsinin sektor müdiri Vüqar Məmmədzadə məlumat verib.

İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışında iştirak edib - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verildi

O, bildirib ki, Bakıda dünyanın bir sıra inkişaf etmiş ölkələrində istifadə olunan elektronlaşmış sistem tətbiq ediləcək: "BNA tərəfindən mərkəzləşmiş dispetçer xidmətinin yaradılması artıq başlayıb. Məqsəd odur ki, sərnişindaşımada olan məlumatlar vahid məkandan idarə olunsun. Bu İntellektual İdarəetmə Mərkəzi tərəfindən həyata keçiriləcək. Bütün məlumatlar BNA tərəfindən real vaxt rejimində müşahidə ediləcək".

V. Məmmədzadə bildirib ki, BNA mərkəzləşmiş dispetçer xidmətinin yaradılması istiqamətində iki istiqamətdə iş aparır: "Birinci istiqamət Bakıda istismar olunan avtobusların kart sistemi ilə idarə olunmasıdır. Bu proses mərhələli şəkildə həyata keçirilir. Agentlik çalışır ki, aparılan işlər sərnişinlərin narahatlığına səbəb olmasın, onlar yolda qalmasın. Ona görə də, biz günün müxtəlif saatlarında avtobuslarda kabelləşmə işləri həyata keçirilir. İkinci məsələ isə proqram təminatdır. Avtobuslar kart sisteminə keçdikdən sonra proqram təminatı tətbiq ediləcək. Hazırda proqram təminatının üzərində iş aparılır. Sürücünün səhər işə gələndən axşam işdən çıxanadək iş prosesi izlənəcək. Avtobuslarda mərhələli şəkildə kabelləşmə və montaj işləri yerinə yetirilir. İşlərin ilin sonuna kimi başa çatmasına çalışırıq".

Xəbər lenti
0