Ərəb şirkəti "Apple"i geridə qoyur

© REUTERS / Hamad I MohammedSəudiyyə Ərəbistanının milli neft şirkəti "Aramco"
Səudiyyə Ərəbistanının milli neft şirkəti Aramco - Sputnik Azərbaycan
Abunə olmaq
Yerləşdirmə çox aşağı qiymətlə aparılmasın deyə Ər-Riyad regional sərmayədarlara diqqəti yönəldərək iri beynəlxalq fondların xidmətindən imtina edib

BAKI, 5 dekabr — Sputnik. Səudiyyə Ərəbistanının "Saudi Aramco" neft şirkəti səhmlərin ilkin yerləşdirilməsi (IPO) müqaviləsi ilə tarixin ən bahalı razılaşmasını gerçəkləşdirir.

Sputnik Azərbaycan "Reuters"ə istinadən bildirir ki, bu barədə birdən-birə üç mənbə məlumat yaysa da, qəbul olunmuş qərar barədə rəsmi elan bir qədər gec veriləcək.

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif - Sputnik Azərbaycan
İran tərəfi Səudiyyə Ərəbistanının başına gətirilən müsibətin detallarını açıqladı

Agentlik bildirir ki, yerləşdirmə müəyyən olunmuş diapazonun üst həddində gerçəkləşdiriləcək. Bir səhmin qiyməti 8,52 dollar olacaq ki, bu da satışa çıxarılmış paketə görə 25,6 milyard gəlir əldə etməyə imkan verəcək. Hazırkı rekord 2014-cü ildə ilkin yerləşdirmədən 25 milyard dollar qazanan Çinin "Alibaba" şirkətinə məxsusdur.

Beləliklə, "Saudi Aramco"nun ümumi qiyməti 1,7 trilyon dollar olacaq ki, bu da kapitallaşma üzrə hazırkı lider "Apple" şirkətini xeyli geridə qoyacaq. Ancaq buna baxmayaraq, bu səviyyə əvvəlcədən 2 trilyon dollar həcmində qiymətləndirmə gözləyən krallıq ailəsini qane etmir.

Səudiyyə Ərəbistanı IPO-ya çıxışı bir neçə dəfə təxirə salıb. Sonuncu dəfə bu hadisə "Saudi Aramco"nun zavodlarına pilotsuz aparatlarla hücum zamanı olub. Həmin vaxt şirkət neft hasilatını iki dəfə azaltmalı olmuşdu. Təkrar hücum riskinə görə beynəlxalq sərmayədarlar şirkətin qiymətini endirmişdilər.

Yerləşdirmə çox aşağı qiymətlə aparılmasın deyə Ər-Riyad regional sərmayədarlara diqqəti yönəldərək iri beynəlxalq fondların xidmətindən imtina edib. Ərəb şirkəti həmçinin mümkün terror hücumlarından sığorta olunmağa da hazırlaşır.

Xəbər lenti
0