CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Tibbi sığorta haqqında" qanuna dəyişiklik edildi

© Sputnik / Aleksey Suhorukov / Mediabanka keçidВрач, фото из архива
Врач, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2020-ci il ərzində respublikada icbari tibbi sığortanın tətabiqinin 4 mərhələdə həyata keçirilməsini təklif edir

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 3 dekabr - Sputnik. Bu gün Milli Məclisin növbəti plenar iclasında "Tibbi sığorta haqqında" qanuna dəyişikliyə üçüncü oxunuşda baxılıb.

Milli Məclis - Sputnik Azərbaycan
CƏMİYYƏT
Milli Məclis yeni Ombudsmanı seçəcək

Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliyə əsasən qanuna keçid müddəa əlavə edilir. Həmin əlavəyə görə, icbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanının yaratdığı orqan (qurum) tərəfindən müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, mərhələli şəkildə tətbiq olunur.

Digər dəyişikliyə görə, 15-2.8-maddə yeni redaksiyada verilir: “Bu qanun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulara, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərə, cəzaçəkmə müəssisələrində (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) cəza çəkən şəxslərə, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan və müvəqqəti yaşayan şəxslərə şamil edilmir.".

Digər dəyişikliyə görə, 1.0.6-cı, 1.0.7-ci maddələr yeni redaksiyada verilir. Belə ki, sığortalı - bu qanunda nəzərdə tutulmuş hallarda öz adından və ya sığortaolunan adından sığorta haqqı ödəyən şəxsdir. Sığortaolunan - sağlamlığı icbari və ya könüllü qaydada sığortalanmış fiziki şəxslərdir.

Təkliflərə əsasən, 2020-ci ilin yanvar ayının 1-dən dövlət tərəfindən bütün əhali üzrə təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqının ayrılması nəzərdə tutulur. Həmçinin dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqının ödənilməsi müəyyənləşdirilib.

Дети, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Uşaqlarla bağlı vacib qanun yoxa çıxıb: Ombudsman Aparatı var deyir, Milli Məclis yox

Bu qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2020-ci il ərzində respublikada icbari tibbi sığortanın tətabiqinin 4 mərhələdə həyata keçirilməsini təklif edir. Təklifə əsasən, birinci mərhələdə icbari tibbi sığorta 20 regionda tətbiq olunacaq və bu proses yanvar-mart aylarını əhatə edəcək. Qeyd olunan regionlara Şəki şəhəri, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonları daxildir. İlkin mərhələdə icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində ölkə əhalisinin 23.82 faizinə tibbi xidmət göstəriləcək.

Xəbər lenti
0