CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaqlarla bağlı vacib qanun yoxa çıxıb: Ombudsman Aparatı var deyir, Milli Məclis yox

CC0 / Pexels / childrenДети, фото из архива
Дети, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qanun layihəsi 8 ildir ki, parlamentə göndərilib, amma hələ də xəbər yoxdur

Sputnik Azərbaycan, Zülfiyyə Quluyeva

BAKI, 24 iyun — Sputnik. Azərbaycanda uşaqların cismani cəzadan müdafiəsi ilə bağlı hazırlanan sənəd on ilə yaxındır ki, Milli Məclisdə qəbul olunmur. Bu barədə Sputnik Azərbaycan-a özəl açıqlamasında İnsan hüquqları üzrə Müvəkkil Aparatının rəhbəri Aydın Səfixanlı məlumat verib.

Заседание Милли Меджлиса Азербайджана - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Dövlət büdcəsi haqqında qanun dəyişir

A.Səfixanlı bildirib ki, UNİSEF-lə birgə hazırlanan qanun layihəsi səkkiz ildən çoxdur ki, Milli Məclisə təqdim olunub. Onun sözlərinə görə, uşaqların cismani cəzadan müdafiəsini nəzərdə tutan sənəddə Avropa təcrübəsindən istifadə olunub: "Qanun sırf uşaqların zorakılıqdan müdafiəsi məqsədi ilə hazırlanıb. Burada uşaqların istənilən məkanda və şəraitdə cismani cəzadan müdafiəsi ilə bağlı normalar öz əksini tapıb. Sənəddə hüququ təsir tədbirləri, preventiv tədbirlər və zorakılığa məruz qalmış uşaqların reabilitasiya tədbirləri yer alıb. Bunların hamısı beynəlxalq təcrübəyə əsasən hazırlanıb. 10 ilə yaxıdır ki, bu sənəd parlamentə göndərilib".

A.Səfixanlı bildirib ki, sənəddə uşaqların bütün məkanlarda müdafiəsi tədbirləri öz əksini tapıb. Hansı ki, bu məsələ BMT-nin Uşaq Hüquqları Komitəsinin Azərbaycana verdiyi tövsiyədə də qeyd olunub. Sənəd UNİSEF-in ekspertləri ilə birgə işlənərək hazırlanıb.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsindən isə hazırda onlarda belə bir sənədin olmadığını bildirdilər: "Komitə 2015-ci ildə yaranıb. Sənəd yəqin ki, Milli Məclisə Ailə, qadın və uşaq məsələləri komitəsi yaranmazdan öncə daxil olub. Hazırda uşaqların cismani cəzadan müdafiəsi ilə bağlı ayrıca qanun qəbul olunmasa da, ayrı-ayrı qanunlarda uşaqların cismani cəzadan müdafiəsi ilə bağlı bəndlər var. Həmin qanunlarla uşaqların bu hüquqları qorunur".

Xatırladaq ki, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova uşaqlara qarşı zorakılığın aradan qaldırılması ilə bağlı sənəd hazırlandığını, Milli Məclisə təqdim olunduğunu söyləyib.

Xəbər lenti
0