Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Belə hərəkətə görə azərbaycanlıya cəza verilsə də, ispana heç nə etmirlər

© Facebook / Qarabağ FK"Qarabağ" klubunun yarımmüdafiəçisi Qara Qarayev
Qarabağ klubunun yarımmüdafiəçisi Qara Qarayev - Sputnik Azərbaycan
Abunə olmaq
Hakimə yaxınlaşaraq dedim ki, o sözü biz sənə desəydik, "qırmızı" vərəqə göstərərdin, protokola da elə yazardın ki, UEFA bizə 10 oyunluq cəza verərdi.

BAKI, 29 noyabr — Sputnik. Dünən Avropa liqasının 5-ci turunda "Qarabağ" İspaniyanın "Sevilya" klubunun qonağı olub. Sputnik Azərbaycan xəbər verir ki, qarşılaşmadan sonra mətbuat nümayəndələri qarşısına çıxan komandanın yarımmüdafiəçisi Qara Qarayev maraqlı açıqlama verib. Belə ki, Qarayevin oyun zamanı hakimə yaxınlaşaraq mübahisə etməsi diqqətdən yayınmayıb. Bu epizoda aydınlıq gətirən yarımmüdafiəçi bildirib ki, ispan futbolçu hakimi təhqir edib: "Bir epizodda ispan oyunçu onu təhqir etdi. Hakim də normal qəbul elədi. Hakimə yaxınlaşaraq dedim ki, o sözü biz sənə desəydik, "qırmızı" vərəqə göstərərdin, protokola da elə yazardın ki, UEFA bizə 10 oyunluq cəza verərdi. Başladı nağıl danışmağa. Amma özüm eşitdim. Ordan da görünür ki, hakimin rəqibə simpatiyası var idi."

Qrup mərhələsini adlaya bilməmələrinə məyus olan futbolçu söyləyib ki, məşqçi, futbolçu heyəti və prezident olaraq hər zaman ən yaxşısını etməyə çalışırıq: "Niyyətimiz Azərbaycana yeni nailiyyətlər gətirməkdir. Yolumuza davam edirik. İnanıram ki, növbəti illərdə də Azərbaycana Avroliqa həyəcanı gətirəcəyik."

Qeyd edək ki, "Qarabağ" futbol klubu dünən baş tutan qarşılaşmada "Sevilya" klubuna 2:0 hesabı ilə məğlub olaraq növbəti dəfə Avropa liqasına əlvida deyib. Qrup çərçivəsində "Düdelanj"la Bakıda keçiriləcək son oyun isə formal xarakter daşıyır. Artıq "Sevilya" və APOEL növbəti mərhələyə vəsiqə qazanıb.

Xəbər lenti
0