CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gündəlik cəmi 40 dəqiqə: Gələcəyimizə bu gün qoyulan kapital

© AP Photo / Matt YorkУченики обедают в начальной школе
Ученики обедают в начальной школе  - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsil sistemindən narazı olmayan valideyn yoxdur. Kimi məktəbdə istilikdən, kimi yararsız dərsliklərdən, kimi də aybaay toplanan vəsaitdən gileylənir. Uşaqlarımızın qidalanması da düzgün qurulmayıb

BAKI, 27 noyabr — Sputnik. Azərbaycan məktəblisinin həyatı və sağlamlığı təhlükədədir. Əlbəttə, söhbət uşaqların fiziki təhlükəsizliyindən getmir. Hər bir orta məktəbdə həm təhlükəsizlik xidməti var, həm də bu ərazi ciddi qorunur. Polisi də istənilən an çağırmaq olar.

Дошкольная группа, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yeni təhsil müəssisəsini hər kəs səhv salır - bağçadır, yoxsa məktəb?

11 il məktəblini naharsız qoymaq humanist addım sayıla bilərmi?

Fikir vermədiyimiz, diqqət yetirmədiyimiz, bəzən kiçik görünən yemək məsələsi hər gün uşaqların sağlamlığından hissə-hissə qopardıb aparır. Nəticədə zəif immuniteti olan bu uşaqlar gələcəkdə ciddi bir iş görməyə yararlı olmurlar.

Ölkənin təhsil sistemindən narazı olmayan bir valideyn tapmaq qəliz məsələdir. Kimi məktəbdə qazanxana sisteminin nasazlığından, kimi yararsız dərsliklərdən, kimi də aybaay toplanan vəsaitin ağırlığından gileylənir. Uşaq oxutdurmaq asan deyil.

“Məktəbdə uşağım nə yeyəcək” sualı hər bir valideyni düşündürür. Özü də bir qədər böyük siniflərdə elə də aktual olmasa, yemək problemi ibtidai sinif şagirdlərinə münasibətdə ciddi məsələdir. Cəmi 6-7 yaşı olan bir uşaq ikinci növbədə oxumağa məcbur olursa, deməli, naharını da məktəbdə yeməlidir. Nahara cəmi 20 dəqiqə ayrılırsa, uşaq bu zamanda uzaqbaşı bir dönər, ya da qoğal yeməyə imkan tapar. Bir az da çantasının cibində gəzdirdiyi sudan-çaydan içər. Hər günü belə yola verər. Hətta immuniteti güclü olan yaşlı insan hər gün buterbrod və ya nəsə bir şirniyyatla çox dolana bilməz. Nahar yeməyi sanballı olmalıdır.

Özü də ibtidai sinif uşağını 2-ci növbəyə təyin etmək özü bir günahdırsa, məktəbin digər şagirdlərini naharla təmin etməmək ikiqat günahdır. Deyək, bu uşaq birtəhər ibtidai sinif səviyyəsini başa vurdu, axı 11 illik təhsil dövründə məktəblini naharsız qoymaq nə dərəcədə humanist addım sayıla bilər?

Məktəb şagirdinə əsaslı nahar yedizdirmək ənənəsi nə o zaman olub, nə də indi var

Продажа энергетических напитков - Sputnik Azərbaycan
CƏMİYYƏT
Nəhayət: Məktəb yaxınlığında enerji içkiləri satılması qadağan olundu

Kimi dindirsən, ya mədəsində olan problemindən, ya şəkərli diabetdən əziyyət çəkdiyindən, ya bağırsaqda yaranan çətinlikdən, qəbizlikdən və digər xəstəlikdən danışacaq. Bu xəstəliklərin əsası elə uşaqlıq dövründən qoyulub. Problemin dərinləşdiyini özü də hiss etməyib. Uşağın normal qidalanması məsələsinə belə biganə münasibət elə sovet dövründə formalaşmış düşüncə tərzini əks etdirir. Məktəb şagirdinə əsaslı nahar yedizdirmək ənənəsi nə o zaman olub, nə də indi var. Belə görmüşük, belə də gedirik. Bağçada uşağı normal yedizdirərik, amma məktəbdə nə yeyir, xəbərimiz olmaz. Nə məktəbin rəhbərliyi bir tədbir görməz, nə də valideyn komitəsi səs-küy qaldırmaz. Hərə bir yolla uşağına nəsə verib yollayar məktəbə.

Bəs, Azərbaycanın orta məktəbi necə olmalıdır? Uşaqların yemək işi necə həllini tapmalıdır? Ümumiyyətlə, təhsildə nə kimi geriliyimiz var?

Fransa məktəbindəki qidalanma sistemi bir etalondur

Geriliyi bilməyin bir yolu var: hər hansı bir aparıcı ölkədəki ümumi vəziyyətlə tanış olmağına dəyər. Fransadakı təhsil təcrübəsi çox maraqlıdır. Mükəmməl bir sistem qurulub. 

Fransa hökuməti orta təhsilin havayı və əlçatan olmasını təmin etmək üçün bir məktəbliyə ildə 9 min avro pul xərcləyir. 12 illik təhsil 3 hissədən ibarətdir: ibtidai məktəb, kollec və liseydən. Dərs saatı 8.30-da başlayıb 17.00-da bitir. Dərsə gecikmək olmaz, buna görə cəzalana bilərsən. Parisin dəqiq işləyən ictimai nəqliyyatını nəzərə alsaq, burada harasa gecikmək yalnız insanın öz günahı ucbatından baş verir. Günün birinci yarısı dərs oxuyursan, ikinci yarısında isə özünü inkişaf etdirə, idman və ya yaradıcılıqla məşğul ola bilərsən. Ev tapşırığı filan yoxdur, nə varsa, elə məktəbdə öyrənirsən.

В торговом зале супермаркета Кировский - Sputnik Azərbaycan
Agentlik ölkəyə gətirilən qida məhsulundan dərhal xəbər tutacaq

Dərsə gecikən, özünü yaxşı aparmayan uşaqlar üçün xüsusi otaq ayrılır. Son dərəcə təmiz, səliqəli və işıqlı. Müəllimin nəzarəti ilə burada iki saat cəza kimi dərs tapşırığını yerinə yetirmək lazımdır. Fransa məktəbində imtahan zamanı hər hansı bir şparqalka və ya telefondan istifadə etmək olmaz. Buna heç ehtiyac da yoxdur, çünki dərs zamanı diqqətli olan şagird asanlıqla imtahanın öhdəsindən gələcək. Amma yekun imtahanda nəyisə köçürdüyünə görə tutulan məktəbli qarşıdakı beş ildə hər hansı bir imtahan vermək hüququndan məhrum edilə bilər.

Hər hansı bir musiqi alətini mənimsəməklə məktəb orkestrində məşq etmək, çalışmaq, dərsdən geriliyi olan şagirdlər üçün əlavə məşğələ tam təmənnasızdır. Bunun üçün ayrıca müəllim ayrılır. İşə yeni başlayan müəllimin maaşı 1700 avrodur. Amma perspektivdə 3000 avroya qədər arta bilər. Paris üçün elə də böyük pul olmasa da, hər halda normal dolanmaq olar.

Nəhayət, məktəb naharından danışmağın vaxtıdır. Fransada valideyn övladının orta məktəb təhsili üçün heç nə ödəmir. Tək nahar pulunu çıxmaq şərtilə. Yəni məktəblinin aylıq yemək xərci 50-60 avroya başa gəlir. Hər nahar 3 növ yeməkdən ibarət olur. Məsələn, ətli və ya pendirli pitsa, balıq və ya ətli xörək, çiyələkli desert verilə bilər. Rəngarəngliyi təmin etmək üçün menyu dəyişilir. Burger, hotdoq kimi qida növlərinə Paris məktəbində rast gəlinmir. 3 avroluq bu naharın, demək olar, havayı olduğunu hamı anlayır. Çünki Parisdə bir fincan qəhvənin orta qiyməti 6 avrodur. Nahara ciddi zaman ayrılır, yəni məktəbli tam rahatlıqla yeməyini yeyə bilir.

Отопление - Sputnik Azərbaycan
CƏMİYYƏT
Əhali istilik, paylayıcı qurum gəlir arzusunda - yeni təklif hazırlanır

Fransa məktəbindəki qidalanma sistemi bir etalondur. Dünyanın ən varlı ölkəsi olan ABŞ-da belə, məktəblinin qidası “fastfud”dan ibarət olur. Sağlamlıq baxımından da fransızlar uzunömürlü ölkələr sırasında lider mövqe tuturlar. Bu da birbaşa qidalanmaya bağlıdır. Məktəb dövründən formalaşan qida mədəniyyəti sonralar sağlamlığa qoyulan kapitala çevrilir.

Uşağın normal nahar etməsini təşkil etməyə nə mane olur?

Qədim mədəniyyəti, zəngin mətbəxi olan Azərbaycanın məktəblisinin nə səbəbdən 15-20 dəqiqəyə buterbrod və ya başqa “fastfud”la qidalanmasının səbəbi düzgün təşkil olunmayan təhsil sisteminə bağlıdır. Hər bir məktəbliyə 9000 avro xərcləməyə vəsaitimiz yoxdur, tam havayı təhsili qura bilmirik, məktəbdə çoxlu sayda problem var, amma uşağın normal nahar etməsini təşkil etməyə nə mane olur? Hər məktəbin bufeti var, hər gün yemək bişirilib gətirilə bilər, fasiləni 20 yox, 40 dəqiqə edə bilərik. Valideynin də gündəlik dönərə verdiyi məbləğini kompleksli nahara yönəltmək olar. 

Problemin həlli 3 tərəfə bağlıdır. Təhsil Nazirliyindən qərar olmalı, hər bir məktəbin rəhbərliyi təşəbbüsü dəstəkləməli və valideyn komitəsi prosesə nəzarət etməlidir. Bu halda uşaqların sağlamlığını qoruya bilərik.

Xəbər lenti
0