BAKI, 28 noyabr — Sputnik. İranın qonşu ölkələrlə konstruktiv şəkildə əməkdaşlıq edir. Sputnik Azərbaycan İran KİV-nə istinadən xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Şərqi Azərbaycan vilayətinə səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.
"Mənim bu yaxınlarda Bakıya baş tutan səfərim zamanı yaxşı razılaşmalar əldə olunub. İran – Azərbaycan dövlətlərarası əlaqələri uğurla qurulur və inkişaf edir. Əməkdaşlığın aparıcı sahələri – birgə avtomobil və farmakologiya zavodu, kənd təsərrüfatı sahəsi və s", - deyə Ruhani vurğulayıb.
Bundan əlavə, İran Prezidenti İranla Ermənistan və Türkiyə ilə yaxşı münasibətlərin olduğunu vurğulayıb
İran tərəfinin Ermənistanda Araz çayının çirkləndirilməsinə dair şikayətləri şərh edən Ruhani bəyan edib ki, Araz çayının çirkənləndirlməsinin qarşısını almaq üçün iki ölkənin energetika nazirlikləri arasında razılaşma əldə olunub.