Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 28 noyabr – Sputnik. “Azərbaycanda parlamentin buraxılması ilk dəfədir ki, baş verəcək. Lakin burada qeyri-adi nəsə axtarmağa ehtiyac yoxdur”.
Sputnik Azərbaycan xəbər verir ki, bunu YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov bildirib.
Ə.Əhmədov YAP-ın deputatlığa namizədlərinin daha çox gənclər olacağını da bəyan edib. O, vurğulayıb ki, Azərbaycanda vətənpərvər, ağıllı və savadlı gənclər yetişir.
Əli Əhmədovun sözlərinə görə, gələcəkdə YAP-ın deputat siyahısında gənclərə önəm veriləcək.
Xatırladaq ki, YAP Siyasi Şurası növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün Prezidentə müraciət edib.