BAKI, 28 noyabr — Sputnik. Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul edib.
Sputnik Azərbaycan-nın APA-ya istinadla məlumatına görə, Siyasi Şura bu qərarın Prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verildiyini qeyd edib.
Qeyd edək ki, bu gün Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının iclası keçirilir. Saat 14:00-da YAP-ı təmsil edən millət vəkilləri partiyanın mərkəzi qərargahında toplantı keçirəcəklər.