CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“İkinci çörək”lə bağlı yenilik var, bu dəfə bizi sevindirirlər

© AFP 2024 / ARMEND NIMANIУрожай картофеля
Урожай картофеля - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Bazarda bizim mövqeyimizi zəiflədən məsələ ölkə üzrə, xüsusən də kartofçuluq sahəsində ixtisaslaşmış rayonlarda ixtisaslaşmış soyuducu anbarların olmamasıdır, yəni saxlanc imkanlarının aşağı olmasıdır"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 28 noyabr — Sputnik. "Azərbaycanda illik kartof istehsalının həcmi 900 min tondur. Bu rəqəm getdikcə artır və idxalın əvəzlənməsi prosesi gedir. Hazırda Azərbaycan Rusiyadan ildə 90-100 min ton köhnə kartof idxal edir. Tədricən bu proses dayanacaq və köhnə kartofun ixrac potensialı yaranacaq". Bunu "Report"a Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib. 

Уборка урожая зерновых, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Üç ilə bişən çörək və ya strateji məhsul necə yaranır?

Ölkəmizdə kartofu “ikinci çörək” də adlandırırlar. Kartof milli mətbəximizin bir çox təamlarının tərkibində yer alır. Digər tərəfdən, yayda meyvə-tərəvəz bolluğu səbəbindən bu məhsula tələbat nisbətən azalsa da, qış aylarında “strateji məhsul” statusunda olur. Evimizdə nə olmasa da, bir qədər kartof və azacıq soğan bizi xilas edə bilir.

Bu səbəbdən də, kartofun idxal və ixracındakı dəyişiklik insanları birbaşa maraqlandırır. Çünki idxalın azalması və tədricən ixraca başlamaq perspektivi bolluq olacağından xəbər verir. Bolluq isə ən azından “ikinci çörəyin” qiymətinin qalxmayacağı (bəlkə də bir qədər azalacağı) anlamına gəlir.

İdxalın əvəzlənməsi ilə bağlı kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli Sputnik Azərbaycan-a deyib ki, illik tələbatımız 900 min tondur: "İl ərzində təxminən 1 milyon ton kartof istehsal edirik, amma bununla bərabər, ildə təxminən 150-160 min ton kartof idxal edirik. Bu idxal dövrü daha çox payız-qış mövsümünü əhatə edir. İran, Rusiya, Ukrayna, Pakistan və digər ölkələrdən (təxminən 7 ölkədən) Azərbaycana kartof idxal edilir. İdxal edilən 160 min ton kartofun bir hissəsi yemək üçün deyil, toxumluqdur. Ona görə biz deyə bilmərik ki, kartof idxalının hamısı yeməyə gedir. Bizim kartof toxumçuluğumuz zəif olduğuna görə toxum məqsədilə ölkəyə gətirilir".

Onun sözlərinə görə, Azərbaycanın imkanları var ki, ölkənin kartof tələbatını tam təmin edək və kartofun qiymətini nəzarətdə saxlayaq: "Amma bazarda bizim mövqeyimizi zəiflədən məsələ ölkə üzrə, xüsusən də kartofçuluq sahəsində ixtisaslaşmış rayonlarda – Cəlilabadda, Tovuzda, Şəmkirdə, Gədəbəydə, Qusarda ixtisaslaşmış soyuducu anbarların, yəni saxlanc imkanlarının aşağı olmasıdır. Nəticədə ölkədə ilkin yazda istehsal olunan kartofun böyük hissəsi xaricə, xüsusən Rusiyaya ixrac edilir. Payızlıq kartof isə ölkə daxilində noyabrın əvvəlinədək realizə olunur".

O bildirib ki, dekabr ayının ortalarından sonra isə kartof idxal etməyə başlayırıq və bu da qiymətə təsir edir: "Ölkə tələbatını tam təmin etmək üçün kartof istehsal olunur, amma ixtisaslaşmış saxlanc imkanları yoxdur. Saxlanc imkanlarımız olmadığına görə də fermer mövsüm ərzində kartofu bazarda realizə etməyə məcburdur. Çünki tərəvəz məhsullarını uzun müddət saxlamaq mümkün deyil. Saxlama imkanları olmadığına görə biz 160 min ton həcmində kartof idxal edirik. Yaxın və ucuz olduğuna görə təxminən 50 min ton kartof İrandan ölkəmizə gəlir. Bizim kartof bazarını əsasən formalaşdıran ölkə İrandır".

Ekspert qeyd edib ki, yazlıq kartofların üzərində qabıq səthi olmur, el arasında ona “təzə kartof” deyilir: "Yazlıq sort kartoflar çıxan kimi hökmən ya yeyilməli, ya da emala getməlidir. Payızlıq kartofun isə qalın qabığı var və onu uzun müddət saxlamaq olur. Buna “köhnə kartof” deyilir. Ölkənin əsas tələbatını payızlıq kartof təmin edir. Əgər il ərzində ölkədə 1 milyon ton kartof istehsal edilirsə, bunun təxminən 360 min tonu yazlıqdır, qalan hissəsi isə payızlıqdır. Bizdə əsasən payızlıq kartof əkirlər. Çünki payızlıq kartof uzun müddət qalır və daha əlverişli qiymətə satılır".

"Azərbaycanın torpaq-iqlim şəraiti imkan verir ki, kartof istehsalını 2 dəfə artıra bilək. İldə iki dəfə məhsul götürmək mümkündür. Məsələn, Cəlilabadda bunu tətbiq edirlər, bir sahədən 2 dəfə məhsul götürürlər. İmkanlar var, amma bunun üçün hökmən güclü toxumçuluq təminatı, saxlanc imkanları olmalıdır. Yəni torpaqdan çıxanı anbara qoyub uzun müddət saxlaya bilək və tədricən bazara təklif edək", – deyə o əlavə edib.

Xəbər lenti
0