BAKI, 27 noyabr — Sputnik. Çempionlar Liqasında V turun ilk oyun günü başa çatıb.
A, B, C və D qruplarında tura yekun vurulub.
Daha tez baş tutan “Qalatasaray” – “Brügge” (1:1) və “Lokomotiv” – “Bayer” (0:2) matçlarının ardından turun daha 6 qarşılaşması keçirilib.
B qrupunun görüşləri daha məhsuldar alınıb. “Bavariya” Serbiyada “Srvena Zvezda”nı darmadağın edib. Robert Levandovski bu matçda poker müəllifi olub. Münhenlilər bununla da qrup 1-cisi adına yiyələnib. “Tottenhem” isə iki top geri düşdüyü görüşdə “Olimpiakos”a qalib gəlib. Joze Mourinyonun bu komanda ilə ilk avrokubok matçındakı qələbə London klubunu 2-ci yerlə 1/8 finala daşıyıb.
“Mançester Siti” C qrupunda həm növbəti mərhələyə vəsiqə qazanıb, həm də 1-ci yeri təmin edib. İngiltərə təmsilçisi buna “Şaxtyor”la heç-heçə edərək nail olub. “Atalanta” isə Zaqreb “Dinamo”suna qalib gəlib.
Növbəti mərhələyə vəsiqəni təmin edən PSJ və “Real” A qrupunda üz-üzə gəlib. Səfərdə məhsuldar heç-heçə edən fransalılar 1-ci yeri tutublar.
D qrupunun liderləri Turində görüşüb. “Yuventus” “Atletiko” üzərində qələbə ilə 1-ci yeri təmin edib.
Qeyd edək ki, V tura noyabrın 27-də yekun vurulacaq.
Çempionlar Liqası
V tur
A qrupu
"Qalatasaray" (Türkiyə) - "Brügge" (Belçika) - 1:1
"Real Madrid" (İspaniya) - PSJ (Fransa) - 2:2
Xal durumu: PSJ – 13, "Real Madrid" - 8, "Brügge" - 3, "Qalatasaray" - 2.
B qrupu
"Srvena Zvezda" (Serbiya) - "Bavariya" (Almaniya) - 0:5
"Tottenhem" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan) - 4:2
Xal durumu: "Bavariya" - 15, "Tottenhem" - 10, "Srvena Zvezda" - 3, "Olimpiakos" - 1.
C qrupu
"Mançester Siti" (İngiltərə) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 1:1
"Atalanta" (İtaliya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 2:0
Xal durumu: "Mançester Siti" - 11, "Şaxtyor" - 6, "Dinamo" - 5, "Atalanta" - 4.
D qrupu
"Lokomotiv" (Moskva, Rusiya) - "Bayer" (Leverkuzen, Almaniya) - 0:2
"Yuventus" (İtaliya) - "Atletiko" (Madrid, İspaniya) - 1:0
Xal durumu: "Yuventus" - 13, "Atletiko" - 7, "Bayer" - 6, "Lokomotiv" - 3.