BAKI, 25 noyabr — Sputnik. Avstraliyalı diyetoloq Syuzi Barell səhər yeməyi zamanı yeyilməməsi gərək olan ərzaq məhsullarını sadalayıb.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, diyetoloq ən zərərli səhər yeməyi kimi pita adlanan kökənin adını çəkir: bu kökələrin tərkibində həddən artıq karbohidrat var və bu da qanda şəkərin artmasına gətirib çıxarır. Beləliklə, 100 uham məhsula 60-80 qram karbohidrat düşür.
Səhər yeməyi üçün daha bir ziyanlı məhsul xırçıldayan yumaqdır. Barell izah edir ki, onların tərkibində çox az miqdarda qida lifi var və onlar insanı uzun müddətlik doydura bilmir. Bu, xüsusilə uşaqlar üçün ziyanlıdır. Çünki səhər tezdən belə qidaya öyrəşən uşaqlar eyni zamanda şirin qidaya da öyrəşirlər.
Alternativ kimi diyetoloq qoz, fındıq, tum, xırda doğranmış meyvə qurusu, dənli bitkilər qarışığından hazırlanmış qidanı və ya şəkərsiz yulafı məsləhət görür. Onlara bir az bal və ya giləmeyvə şirəsi əlavə etmək olar.
Səhər yeməyi üçün qayğanaq, tərəvəz və ya nazik ətlə çörək faydalı ola bilər. Əgər ət donuz ətidirsə, onu çovdar unundan hazırlanan çörəklə yemək yaxşıdır. Çünki belə ətdə piy həddən artıq çox olur.