Çoxları "süfrə etiketi" deyərkən yalnız yemək yeyərkən qəbul edilən qaydaları nəzərdə tutur. Lakin söhbət təkcə yemək zamanı masa ləvazimatlarının istifadəsindən yox, yemək arası fasilələrdə onların necə və hara qoyulma qaydalarından da gedir.
Məsələn, qaydalardan birində deyilir ki, heç bir halda istifadə olunmuş (batmış bıçağı, çəngəli və ya qaşığı süfrəyə qoymayın. Onlar boşqabın kənarına diaqonal şəkildə qoyulmalıdırlar. Və yaxud balıq çəngəli digərlərinə nisbətlə daha qısa və düz olur və qaşığın sağ tərəfinə yerləşdirillr. Belə qaydalar çoxdur və onları yadda saxlamaq elə də asan deyil.
Sputnik Azərbaycan qurmanları və sadəcə mədəni görünmək istəyənləri nəzərə alaraq bu qaydaların əsaslarını özündə ehtiva edən infoqrafika hazırlayıb.