CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yağışdan sonra çaylarımızda nələr baş verir

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidKür çayı
Kür çayı - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən günlər ərzində yağan yağış nəticəsində respublikanın əsasən Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub

BAKI, 24 noyabr — Sputnik. Respublikanın çaylarında mövcud vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ötən günlər ərzində yağan yağış nəticəsində respublikanın əsasən Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub. 

Qax rayonu ərazisindən keçən Ərdava çayının üzərindəki körpünü sel aparıb - Sputnik Azərbaycan
CƏMİYYƏT
Çaylarda suyun səviyyəsi artır - Nazirlik xəbərdarlıq edir
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 120 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normadan çox olmaqla 30-120 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normadan çox olmaqla 60-150 faizini təşkil edir.

Tranzit çaylarda faktiki vəziyyətə gəlincə, noyabrın 22-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 103 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 56 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 208 m3/s olmaqla, ongünlük normanın 112 faizini təşkil edir.

Noyabrın 22-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 41 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 51 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 103 m3/s təşkil etməklə ongünlük normanın 127 faizini təşkil edir.

Noyabrın 22-də Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 6 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 99 m3/s qeydə alınır ki, bu da ongünlük normadan çox olmaqla normanın 110 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 119 m3/s təşkil etməklə ongünlük normanın 133 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsi - Sputnik Azərbaycan
Çaylarımız quruyur

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, noyabrın 22-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 1 sm artaraq 318 sm təşkil edib. Bu rəqəm 2018-ci il noyabrın 22-də isə 413 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 4 sm artaraq 153 sm qeydə alınıb. 2018-ci il noyabrın 22-də isə bu rəqəm 301 sm təşkil edib. Salyanda suyun səviyyəsi 2 sm artaraq 113 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 263 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi 9 sm artaraq 161 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il noyabrın 22-də isə 242 sm təşkil edib. Lakin Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 10 sm azalaraq 34 sm təşkil edib, lakin 2018-ci il noyabrın 22-də 125 sm qeydə alınıb.

Xəbər lenti
0