CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda agentlik süd məhsullarını məhv elədi

© The Food Safety Agency of the Republic of Azerbaijan “Real” market
 “Real” market - Sputnik Azərbaycan
Abunə olmaq
Aşkarlanmış nöqsanlarla əlaqədar müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib və obyektin fəaliyyəti nəzarətə götürülüb

BAKI, 23 noyabr — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları bir qrup sakinin müraciəti əsasında Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov 56 ünvanında fəaliyyət göstərən “Real” marketdə araşdırma aparıblar.

Sputnik Azərbaycan qurumun yaydığı məlumata istinadən bildirir ki, araşdırma zamanı vitrində olan qida məhsullarına baxış keçirilib.

Ресторан, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tabağımızdakı "rus ruletkası" - "Nədən zəhərlənsən də, deyəcəklər, özün bişirmisən"

Marketdə istifadə müddəti ötmüş müxtəlif əmtəə nişanlı süd və süd məhsulları aşkar olunub. Yararlılıq müddəti ötmüş qida məhsulları qanunvericiliyin tələblərinə uyğun olaraq, satışdan çıxarılaraq məhv edilib.

Aşkarlanmış nöqsanlarla əlaqədar müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib və obyektin fəaliyyəti nəzarətə götürülüb. Sağlamlaşdırıcı tədbirlərin görülməsi ilə bağlı icrası məcburi göstərişlər verilib. Qanunvericiliyin və texniki normativ hüquqi aktların tələbləri izah olunub.

İstehlakçılara bir daha tövsiyə olunur ki, qida məhsulları seçərkən məhsulun etiket məlumatlarına, mənşəyi ilə bağlı sənədlərə eyni zamanda saxlama şəraitinə diqqətli yetirsinlər. Hər hansı neqativ hallarla rastlaşdıqda Agentliyin 1003 - Çağrı Mərkəzinə məlumat versinlər.

Xəbər lenti
0