BAKI, 23 noyabr — Sputnik. Amerikanın Florida ştatında məktəb binasının altından 145 məzar tapılıb.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, cəsəd qalıqları Tamp təhsil müəssisəsinin ərazisində georadarlar vasitəsilə aşkar edilib.
Cəsədlər 1-1,5 metr dərinlikdə basdırılıb. Mütəxəssislərin fikrincə, bu məzarlar XX əsrin ortalarında açılmış Ricvud qəbiristanlığının bir hissəsidir. Həmin məzarlarda kasıb təbəqənin nümayəndələri dəfn edilib.
Tamp təhsil müəssisənin nümayəndələri qeyd edib ki, Ricvud qəbiristanlığında əksəriyyəti afroameriklılar olan 250 nəfər dəfn edilib. Mərhumlardan 80 nəfəri müxtəlif yaş qruplarına aid olan uşaqlar olub.
Məmurlar qəbiristanlıqda basdırılanlar haqqında oktyabr ayında araşdırmaya başlayıb. Həmin vaxt bir nəfər Tamp məktəbinin komitəsinə məktəbin altında qəbiristanlığın olma ehtimalı barədə məlumat verəndən sonra ekspertlər müəyyən edilib və georadarlar vasitəsilə axtarışa başlanılıb.