Ölkənin ikinci böyük şəhəri olan Gəncədə və şəhərətrafı bir sıra qəbirsanlıqlarda ilginc mənzərə hökm sürür. Belə ki, həmin qəbiristanlıqlarda təmtəraqlı qəbirüstü abidələr — sərdabələr mövcuddur.
İslamla əlaqəsi olmayan və tarixi daha qədimlərə gedib çıxan sərdabələrdə cənazə yeraltı otaqlara qoyulur və beləcə çürüməyə buraxılır. Otağın kiçik qapısı isə sal daşla, yaxud da hörülərək bağlanır.
Bəzən sərdabəyə bir neçə meyit yerləşdirilir. Onlar əsasən ailə üzvləri və ya yaxın qohumların cənazələri olur. Bəzi məlumatlara görə isə, sərdabədə sandıq formasında yer düzəldilir. Daha əvvəl ölən şəxsin sümükləri yığılaraq sandığa qoyulur. Beləliklə sərdabədə əlavə boş yer yaradılır.
Bir ailədən az zaman fərqi ilə dünyasını dəyişən olarkən sərdabənin qapısı yenidən açılmalı olur.