Tramp müvəqqəti büdcəni imzaladı

© © Win McNamee/Getty Images/AFPПрезидент Соединенных Штатов Дональд Трамп, фото из архива
Президент Соединенных Штатов Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Müvəqqəti büdcə Konqresdəki partiyalara daha uzunmüddətli maliyyə qanunu qəbul etmək üçün möhlət verir

BAKI, 22 noyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp Konqres tərəfindən qəbul edilmiş, dekabrın 20-dək qüvvədə olacaq müvəqqəti büdcəni imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə “The Hill” nəşri məlumat yayıb.

Слушания в сенате США по кандидатуре нового посла в РФ - Sputnik Azərbaycan
ABŞ-ın Rusiyadakı yeni səfirinin adı bilindi

Müvəqqəti büdcə Konqresdəki partiyalara daha uzunmüddətli maliyyə qanunu qəbul etmək üçün möhlət verir.

2019-cu ilin yanvar ayında ABŞ Prezidenti Donald Tramp Demokratik və Respublikaçı partiyalarla ölkə tarixindəki ən uzun “şatdaun”a (shutdown) müvəqqəti son verilməsi ilə bağlı razılaşma əldə edib.

“Şatdaunlar” zamanı minlərlə federal qulluqçu yeni büdcə qəbul edilənə qədər ödənişsiz məzuniyyətə göndərilir. Bu prosesin hiss olunan cəhətlərindən biri ABŞ səfirliklərinin viza bölmələrinin fəaliyyətinin dayandırılmasıdır.

Xəbər lenti
0