Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Yeni güzəşt gəlir: İndi hamı ödəyəcək, ancaq az ödəyəcək

© Sputnik / Murad OrujovПересчет денег, фото из архива
Пересчет денег, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
2020-ci il yanvarın 1-dən toylarda, şənliklərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 20 manata endiriləcək

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 22 noyabr — Sputnik. Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə görə, 2020-ci il yanvarın 1-dən toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 30 manatdan 20 manata endiriləcək. Fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstərən fiziki şəxslər üçün isə sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 30 manatdan 15 manata (2 dəfə aşağı) endiriləcək.

Bunu vergi qanunvericiliyi sahəsi üzrə mütəxəssis Radil Fətullayev toylarda, şənliklərdə aparıcı, çalğıçı, rəqqas və oxşar fəaliyyətlə məşğul olanların vergi ödəmə məsələsindən danışarkən Sputnik Azərbaycan-a deyib.

© Sputnik / Murad Orujovİqtisadçı-ekspert Radil Fətullayev
Yeni güzəşt gəlir: İndi hamı ödəyəcək, ancaq az ödəyəcək - Sputnik Azərbaycan
İqtisadçı-ekspert Radil Fətullayev

O bildirib ki, bu fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği aşağı salınır: "Hazırda Bakı şəhərində toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 60 manatdır. Çünki bu fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği əmsallar tətbiq edilməklə müəyyən edilir. Bakı şəhəri üzrə əmsal 2 olduğu üçün (30 manat vurulsun 2-yə) verginin məbləği 60 manat edir. Amma gələn il yanvarın 1-dən isə Bakı şəhərində oxşar fəaliyyətlə məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 40 manat olacaq".

"Hazırda Bakı şəhərində fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstərən fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 60 manatdır. Amma gələn il yanvarın 1-dən isə Bakı şəhərində bu fəaliyyətlə məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 30 manat (15 manat vurulsun 2-yə) olacaq" – deyə o bildirib.

Ekspert qeyd edib ki, bu məbləğ regionlara görə dəyişir: "Məsələn, Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində oxşar fəaliyyətlə məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 30 manat olacaq. Hazırda isə bu göstərici 45 manatdır. Digər bir misal, gələn ildən Qazax rayonunda fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstərən fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 7 manat 50 qəpik olacaq (hazırda 15 manatdır). Digər oxşar fəaliyyətlə məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 10 manat olacaq. Amma hazırda isə bu rəqəm 15 manatdır".

Milli Məclis - Sputnik Azərbaycan
CƏMİYYƏT
Vergi Məcəlləsi yenə də dəyişir - Nazir səbəbi dedi

"Mövcud Vergi Məcəlləsinə görə çəkməçi, pinəçilər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 5 manatdır və bunlarda dəyişiklik yoxdur. Bakı şəhərində çəkməçi, pinəçilər üçün aylıq sabit vergi məbləği 10 manatdır. Rayonlarda isə bu rəqəm azalır. Məsələn, Qazax rayonunda çəkməçilər aylıq 2 manat 50 qəpik vergi ödəyirlər", – deyə o qeyd edib.

Ekspert müğənnilərin də vergi ödəmə məsələsindən danışıb: "Mövcud qanunvericiliyə görə, müğənnilər isə sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ ödəmirlər. Müğənnilər dövriyyələrinə görə ya sadələşdirilmiş vergi ya da mənfəət vergisi ödəyicisi olmalıdırlar. 12 aylıq dövriyyələri 200 min manata qədərdirsə, müğənnilər dövriyyələrinin 2 faizini ödəyirlər. Amma müğənnilərin 12 aylıq dövriyyələri 200 min manatdan çoxdursa, mənfəətdən 20 faiz vergi ödəməlidirlər. Bu da az məbləğ deyil. Ona görə də müğənnilərin əksəriyyəti sadələşdirilmiş vergi ödəyiciləridirlər. Yəni sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğin ödənilməsi toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olanlara aiddir. Müğənnilərin buraya aidiyyəti yoxdur, onlar gəlirlərinin 2 faizini ödəyirlər. Məsələn, müğənni 5 min manat pul qazanırsa, 100 manat vergi ödəyir. 1000 manat qazanırsa, 20 manat sadələşdirilmiş vergi ödəyir. Bunlarda dəyişiklik yoxdur".

Bələdiyyələrin saxta vergi siyasəti - Heç nədən nə qədər pulumuzu alıblar>>

Qeyd edək ki, Vergi Məcəlləsinə təklif edilən digər dəyişikliyə görə, yuxarıda sözügedən şəxsləri "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edən işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Xəbər lenti
0