CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın ən ucqar kəndlərinin sakinlərinin üzü güldü

© Sputnik / Ilham MustafayevТуман в селе Чайкенд, фото из архива
Туман в селе Чайкенд, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Azəriqaz" İB-nin yeni təyin olunmuş baş direktoru Ruslan Əliyev qaz olmayan digər ucqar və dağ  kəndlərinin də tədricən qazlaşdırılacağını bildirib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 21 noyabr — Sputnik. Qubanın dağlıq ərazidə yerləşən Qonaqkənd qəsəbəsinə, Afurca, Xırt, Kunxırt, Altuc kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, maye qazın verilməsi ilə bağlı tədbir Qonaqkənd qəsəbəsində düzənlənib. Tədbirdə rayon İH başçısı Ziyəddin Əliyev və nümayəndələri, "Azəriqaz"ın rəhbərləri, qəsəbə və ətraf kəndlərin sakinləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mayə qaz daşıyan velosipedçi, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qazı evinizə çatdıracaqlar, həm də əvvəlkindən daha ucuz - Sakinlərə şad xəbər

Z.Əliyev və "Azəriqaz" İB-nin yeni təyin olunmuş baş direktoru Ruslan Əliyev sakinləri əlamətdar hadisə münasibətilə ilə təbrik edərək qaz olmayan digər ucqar və dağ kəndlərinin də tədricən qazlaşdırılacağını bildiriblər.

Qonaqkənd qəsəbəsində 274, digər 5 kənddə - Afurcada 209, Atucda 3, Xırtda 21, Kunxırtda 58, Təngəaltıda 383 ev olmaqla ümumilikdə 948 abonentə təbii qaz verilib.

Qubanın qeyd etdiyimiz bəzi kəndlərinin sakinləri Sputnik Azərbaycan-a kənddə ən çox payız-qış aylarında maye qazın olmamasından əziyyət çəkdiklərini bildiriblər. Onlar aldıqları aylıq məvacibin yalnız yanacaq-odun almalarına çatdığını söyləyiblər. Hətta qazın olmamasının bu kəndlərdə turizmin inkişafına da böyük zərbə vurduğunu vurğulayıblar. Çünki yay aylarında maye qazın olmaması səbəbindən  turistlərin burada müvəqqəti qalması da çətinləşib.

Afurca sakini Orucəliyev Telman Hüseynağa oğlu bununla bağlı öz fikirlərini bölüşüb: ”Neçə illərdir ki, qazın olmaması kənd sakinlərini əziyyətə salırdı. Keçən il sizə müraciət etdik və siz bizə yaxın zamanda maye qazın çəkiləcəyi xəbərini söylədikdə çox sevindik. Həqiqətən də, sizin dediyiniz kimi, tez bir zamanda kəndlərimiz maye qazla təmin olundu. Buna görə də sizə, Quba rayon İH başçısı Ziyədddin Əliyevə və "Azəriqaz" İB-nə dərin  təşəkkürümüzü bildiririk".

Xəbər lenti
0