ELM

Yüz il bundan öncə - Ağlımıza gəlməyən, başımıza gəlir

Abunə olmaq
Ekspertlər bildirirlər ki, təhsil prosesindəki nöqsanlar, eləcə də iş yeri tapmağın çətinliyi, maaş azlığı problemi kişi həkimlərin sayına təsir edir

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 20 noyabr — Sputnik. Son 8 ildə Azərbaycanda qadın həkimlərin sayı artıb, kişi həkimlərin sayı isə azalıb. 

Bərdə Rayon Mərkəzi Xəstəxanası - Sputnik Azərbaycan
SƏHİYYƏ
Azərbaycanda baş həkim işdən çıxarıldı
Belə ki, 2010-cu ildə bütün həkimlərin 63,2 faizi qadın olduğu halda, 2018-ci ildə bu göstərici 66,4 faizə yüksəlib. 2010-cu ildə ölkədəki həkimlərin 20 922-si qadın, 12 163-ü kişi olub.

2018-ci ildə isə ölkədəki 32 485 həkimin 21 567-si, başqa sözlə 66,4 faizi qadın, 10 918-i, yəni 33,6 faizi kişi olub.

Cəmi bir əsr əvvəl ölkədə qadın həkim tapmaq müşkül məsələydi. Amma indi əks proses gedib və bu gün kişi həkimlərin sayında ciddi problem var. Halbuki, 100 il əvvəl “vaxt gələcək, qadın həkimlər sayca kişi həkimləri üstəyəcəklər” sözü qəhqəhəyə səbəb ola bilərdi. Bəs, kişi həkimlərin sayı niyə azalıb?

Bir çoxları bildirirlər ki, kişi həkimlərin sayının azalması ilk növbədə təhsil problemi ilə bağlıdır. Təhsil eksperti Kamran Əsədov da bununla razılaşır. Onun sözlərinə görə, IV ixtisas qrupu üzrə bu il 5082 nəfər ali məktəblərə qəbul olmaq üçün sənəd təqdim edib: "Ümumilikdə, abituriyentlərin 50,38 faizini oğlanlar, 49,62 faizini qızlar təşkil edir. Amma III və IV ixtisas qruplarında qız abituriyentlərin sayı kəskin olaraq fərqlənir. Bu da mentalitetdən gələn bir səbəbdir. Belə ki, bir çoxları düşünür ki, müəllimlik, həkimlik qız sənətidir, bu peşələrlə ancaq qızlar məşğul ola bilər, ona görə də oğlanlar bu peşələrə az meyl edirlər".

Ekspert əlavə edib ki, amma təkcə səbəb bu deyil. Belə ki, həkimlik ixtisaslarına meyl etmədə oğlanların azlıq təşkil etməsinin əsas səbəblərindən biri də bu istiqamətdə təhsil müddətinin çox – azı 6 il olmasıdır.

"Nəzərə alaq ki, oğlanlar 17-18 yaşlarında bu ixtisasa qəbul olunurlar. Bitirəndə isə yaşları çox olur. Buna rezidenturanı da əlavə etsək, 12 ilə qədər müddət edir. Yəni, bir şəxsin tam hüquqlu həkim olması təxminən 30 yaşına təsadüf edir. Bu da ailə başçısı olacaq şəxslərdə qorxu yaradır. Başqa bir səbəb isə həkimlərin əmək haqqının az olması və işə qəbul prosesindəki problemlər ilə bağlıdır. Hazırda həkimlərin rəsmi əmək haqqı ilə kişilərin ailə saxlaması mümkün deyil. İşlə təmin olunma sahəsində də problemlər var", – deyə ekspert vurğulayıb.

Həkim-firma işbirliyi: Cinayətkar tandem gələcəyimizi məhv edir>>

Onun sözlərinə görə, 2019-cu tədris ili üçün rezidenturaya qəbulun nəticələrinin təhlili göstərir ki, iki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən, müsabiqədə iştirak edən 525 namizəddən 448 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb: "Onlardan 147 nəfərini oğlanlar, 301 nəfərini qızlar təşkil edir. 254 namizəd cari ilin, 194 namizəd isə əvvəlki illərin məzunudur".

Mütəxəssis qeyd edib ki, digər bir səbəb isə həkimlik ixtisasına qəbul üçün IV ixtisas qrupunda fənlərin ağır olmasıdır. Belə ki, IV ixtisas qrupunda kimya, biologiya, fizika kimi ixtisasları oğlan abituriyentlərin yüksək səviyyədə kütləvi şəkildə öyrənməsi, cavablandırması faizi olduqca aşağıdır.

"Hesab edirəm ki, qızların həkimlik ixtisaslarına meyl etməsi və ya həkimlik ixtisaslarında qızların çoxluq təşkil etməsi keyfiyyətin aşağı düşməsinə səbəb ola bilməz. Bir sıra ixtisaslar var ki, onlarda cins amili keyfiyyətə təsir göstərmir. Əksinə, qadın həkimlərin çoxluğu qadınların öz problemlərini deməsinə daha çox imkan açır", – deyə o əlavə edib.

Ürək ağrısı - Sputnik Azərbaycan
SƏHİYYƏ
"Ürək xəstələri mütəmadi olaraq həkim nəzarətində olmalıdırlar" – MÜSAHİBƏ

Tibbi ekspert Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qruplarda qızların çoxluğu müşahidə edilir. Yəni bu tendensiya gələcəkdə də özünü göstərəcək.

"Həkimlik sənətinin çətin, bir neçə mərhələli olması, həkimlərin cəmiyyətdə özünə layiqli yer tuta bilməməsi kişiləri bu sənəti seçməməyə məcbur edir. Bütün bunlar statistikaya təsir edir", – deyə ekspert bildirib.

Onun sözlərinə görə, həkim kimi fəaliyyət göstərmək üçün ən az 12 il təhsil almaq lazımdır: "İş yeri tapmaq, özünü reallaşdıra bilmək – bunlar hamısı saya təsir edir".

Xəbər lenti
0