Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda baş həkim işdən çıxarıldı

© Sputnik / Musa MuradliBərdə Rayon Mərkəzi Xəstəxanası
Bərdə Rayon Mərkəzi Xəstəxanası - Sputnik Azərbaycan
Abunə olmaq
Bərdə rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəna Mustafayeva tutduğu vəzifədən azad edilib, yerinə iləsuvar rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehdizadə təyin olunub

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 11 oktyabr – Sputnik. Səhiyyə Nazirliyinin tabeliyində olan iki xəstəxananın baş həkimi postunda dəyişiklik olub.

Интерьер салона красоты, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Gözəllik salonunda gözəllərə yaraşmayan hərəkət - qadın xəstəxanalıq oldu

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, Səhiyyə naziri Oqtay Şirəliyevin sərəncamına əsasən Bərdə rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəna Mustafayeva tutduğu vəzifədən azad edilib. Nazirin digər əmri ilə onun yerinə Biləsuvar rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehdizadə təyin olunub.

Məlumatı Bərdə rayon Mərkəzi Xəstəxanasından da təsdiq ediblər. Yeni baş həkim növbəti həftənin ilk iş günündə işinin icrasına başlayacaq.

Hələlik Biləsuvar rayon Mərkəzi Xəstəxanasına kimin baş həkim təyin ediləcəyi bilinmir.

Xəbər lenti
0