CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hakimlərə yeni qadağa qoyulur

© Sputnik / Murad OrujovВ Баку открылся первый книжный магазин юридической литературы
В Баку открылся первый книжный магазин юридической литературы - Sputnik Azərbaycan
Abunə olmaq
Maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanların qarşısını almaq məqsədilə Ali Məhkəmə Plenumunun müvafiq izah nəzərdə tutan qərarlarının verilməsi də maddə ilə nəzərdə tutulub

BAKI, 19 noyabr - Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Məhkəmələr və hakimlər haqqında" qanunda dəyişikliyə baxılıb.

Мужчина в коридоре, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Vəzifəli şəxsin yeddi milyonluq mülkü əlindən çıxdı

Sputnik Azərbaycan xəbər verir ki, dəyişiklik “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” dövlət başçısının 3 aprel 2019-cu il tarixli fərmanının icrası ilə əlaqədar hazırlanıb. Layihədə “Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması” adlı yeni maddə əksini tapıb ki, həmin maddədə nəzərdə tutulan normaların məqsədi məhkəmələrin eyni xarakterli işlərə baxarkən bir-birinə ziddiyyət təşkil edən qərarların verməsinin qarşısının alınmasıdır.

Eyni zamanda, maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanların qarşısını almaq məqsədilə Ali Məhkəmə Plenumunun müvafiq izah nəzərdə tutan qərarlarının verilməsi də maddə ilə nəzərdə tutulub. Layihədə əksini tapmış normalar ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılmasına yönəlmiş və qanunvericilik təşəbbüsü qaydasında dövlət başçısı tərəfindən Milli Məclisə təqdim edilib.

Dəyişiklik 2020-ci il martın 1-dən qüvvəyə minəcək. Dəyişiklik birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0