CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vəzifəli şəxsin yeddi milyonluq mülkü əlindən çıxdı

© AP Photo / John LocherМужчина в коридоре, фото из архива
Мужчина в коридоре, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Metakom" MMC-nin direktoru Şövkət Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə cəmiyyətin xeyrinə bankdan 3 milyon ABŞ dolları məbləğində kredit vəsaitini rəsmiləşdirib

BAKI, 19 noyabr — Sputnik. "Metakom" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi yekunlaşıb.

Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluqdan məlumat verilib.

Qeyd edilib ki, istintaqla "Metakom" MMC-nin direktoru Şövkət Quliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək cəmiyyətin maliyyə vəziyyəti barədə bilərəkdən şişirdilmiş yalan məlumatlar göstərməklə və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə cəmiyyətin xeyrinə QSC "Bank Standard" KB-dən 3 milyon ABŞ dolları məbləğində kredit vəsaitini rəsmiləşdirdiyi müəyyən edilib.

Eyni zamanda istintaqla Ş.Quliyevin həmin vəsaitin təyinatı üzrə istifadə etməməsi, 2007-ci ildən əldə etdiyi pul vəsaitini qəsdən ödəməməklə bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Ş.Quliyevə Cinayət Məcəlləsinin 195.2 (qanunsuz kredit alma külli miqdarda ziyan vurduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə 7 milyon manat məbləğində əmlakı üzərinə həbs qoyulub.

Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib.

Xəbər lenti
0