BAKI, 19 noyabr — Sputnik. Noyabrın 29-dan dekabrın 1-dək paytaxtda növbəti Bakı Beynəlxalq Tanqo Festivalı keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, Argentinanın Azərbaycandakı səfirliyi və "United Cultures"in təşkilatçılığı ilə keçiriləcək tədbirdə dünya şöhrətli rəqs ustaları çıxış edəcəklər.
Xüsusi qonaqlar qismində festivalda 2019-cu il dünya çempionları - Auqustina Piaccio və Maksim Gerasimov, Avropa çempionları - Sesiliya Akosta ilə Levan Qomelauri də iştirak edəcəklər.
Həmçinin festival çərçivəsində məşhur bandoneon ustası Viktor Hüqo Vilena və mahir gitaraçı Lautaro Tissera tərəfindən də konsertlər veriləcək.