“United Cultures” Argentina səfirliyi ilə birgə Bakı sərnişinlərinin yorğun axşamına rəng qatmaq qərarına gəlib. Qaçaqaç və tıxac əvəzinə, onlar qaynar latın ritmlərindən həzz almaq imkanı əldə ediblər.
Tamaşaçıların əsl peşəkarlarla birgə rəqs etmək imkanı olsa da, bir çoxları utanaraq kənarda qalmağı və baş verənləri yalnız telefonlarına çəkməyi üstün tutublar.
Qeyd edək ki, bu çıxış Bakıda 29 noyabr - 1 dekabr tarixlərində keçiriləcək III Bakı Tanqo Festivalı çərçivəsində baş tutub.