Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Gürcüstan istiqamətindən qapının ağzını kəsdirən bəla: Vəziyyət hələ kritik deyil

© Sputnik / Pavel Lisitsyin / Mediabanka keçidQİÇS testi, arxiv şəkli
QİÇS testi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
“Son vaxtlar isə Rusiya və Türkiyədə İİV-ə yoluxan azərbaycanlılar daha çoxdur. Gürcüstanla bağlı hələlik ciddi təhlükə yoxdur”

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 18 noyabr — Sputnik. Gürcüstanda Qazanılmış İmmun Çatışmazlığı Sindromuna (QİÇS) yoluxma faizi artıb. Bu barədə Gürcüstanın İnfeksiya Patologiyası, QİÇS və Kliniki İmmunologiya üzrə Elmi-Praktik Mərkəzindən bildirilib.

QİÇS testi, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Səhiyyə üçün xoş xəbər: QİÇS virusunu zərərsizləşdirən mexanizm tapıldı

Qurumun xəbərində qeyd edilir ki, ölkədə QİÇS-lə bağlı 570 yeni hal qeydə alınıb. Hazırda Gürcüstanda bu infeksion xəstəliyə yoluxanların ümumi sayı 8004 nəfər təşkil edib ki, onların da 43-ü uşaqdır. Xəstəliyə yoluxanların 6006-sı kişi, 1998-i isə qadındır. Həmin şəxslərin böyük əksəriyyətini 29-39 yaş qrupuna daxil olan şəxslər təşkil edir. QİÇS 4184 xəstədə inkişaf edib, 1619 nəfər isə ölüb. HİV infeksiyasına yoluxma hallarının böyük əksəriyyəti (2956 fakt) paytaxt Tbilisidə qeydə alınıb. Onlardan 87-si xarici ölkə vətəndaşıdır. Azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli bölgəsində 452 nəfər QİÇS daşıyıcısıdır.

Qeyd edək ki, Gürcüstan Azərbaycan vətəndaşlarının gediş-gəlişinin intensiv olduğu ölkələrdəndir. Əgər Gürcüstanda xeyli sayda azərbaycanlı yaşadığını, üstəlik onların ölkəmizlə sıx əlaqədə olduğunu nəzərə alsaq, QİÇS təhlükəsinin qapımızın ağzını kəsdirdiyini də deyə bilərik. Bəs görəsən, Gürcüstanda QİÇS-ə yoluxanların sayı ölkəmizdə də İİV-ə yoluxma sayını artıra bilərmi?

Minlərlə QİÇS xəstəsinin məlumatları oğurlandı>>

QİÇS-lə Mübarizə Mərkəzinin Epidemioloji nəzarət və profilaktika şöbəsinin müdiri Afət Nəzərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Gürcüstandan ölkəmizə İİV-lə bağlı ciddi təhlükə gözlənilmir: "Xaricdən İİV-ə yoluxma əsasən Rusiya, Ukrayna və Türkiyədən gələn miqrantlar arasındadır. Miqrasiya yolu ilə İİV-ə yoluxanlara əsasən Rusiya və Ukraynada olan azərbaycanlılar arasında rast gəlinir. Son vaxtlar isə Rusiya və Türkiyədə İİV-ə yoluxan azərbaycanlılar daha çoxdur. Gürcüstanla bağlı hələlik ciddi təhlükə yoxdur".

A.Nəzərli deyib ki, hazırda Azərbaycanda İİV-ə yoluxanların nə qədərinin miqrant olduğu barədə məlumat yoxdur. Çünki ölkəmizdə İİV-ə yoluxan miqrantların ayrıca qeydiyyatı aparılmır: "Biz söhbət zamanı onlardan öyrənirik ki, bu virusa Rusiya, Ukrayna və Türkiyədə cinsi yolla yoluxublar. Burada isə gəlib öz cinsi partnyorlarını yoluxdururlar".

Nişan üzükləri - Sputnik Azərbaycan
CƏMİYYƏT
Toya hazırlaşırdılar, olmadı: 12 nəfərdə sifilis, 4-də QİÇS aşkarlanıb

"Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyi"nin sədri Zülfiyyə Mustafayeva da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Gürcüstanda QİÇS-ə yoluxmaya görə vəziyyət kritik həddə deyil: "Gürcüstan İİV-in yayılmasına görə epidemik ölkə sayılmır. Bu gün azərbaycanlıların ən sıx gedib-gəldiyi ölkə Rusiya və Ukraynadır. Ukraynada İİV-ə yoluxma 2 faizə yaxınlaşır. Bu ölkələrdə epidemik vəziyyət İİV-lə bağlı gərgindir. İran İslam Respublikası da İİV-ə yoluxmaya görə epidemik ölkə sayılır. Amma İran qapalı ölkə olduğundan İİV-ə yoluxmanın qiymətləndirilməsi çətindir".

Qeyd edək ki, Gürcüstanda QİÇS-ə ilk yoluxma halı 1989-cu ildə qeydə alınıb. Qonşu ölkədə QİÇS-dən test müayinəsi və vətəndaşların müalicəsi ödənişsiz həyata keçirilir.

Xəbər lenti
0