CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Toya hazırlaşırdılar, olmadı: 12 nəfərdə sifilis, 4-də QİÇS aşkarlanıb

CC0 / ID 849356 / RingNişan üzükləri
Nişan üzükləri - Sputnik Azərbaycan
Abunə olmaq
2015-ci ildən indiyədək 555100 nəfərdə qan müayinəsi aparılıb

BAKI, 13 iyun — Sputnik. “Bu ilin may ayı ərzində nikaha daxil olmaq üçün 13062 nəfər müayinədən keçib”.

Gənc azərbaycanlı ifaçı Rəsul Əfəndiyev xalq artisti Aygün Kazımova ilə - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Toy olmayacaq: Aygün Kazımova gənc həmkarına ərə gedəsi olmadı

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, bunu Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib.

Z.Əlimirzəyeva bildirib ki, onlardan 382 nəfərdə talassemiya daşıyıcılığı, 12 nəfərdə sifilis, 4 şəxsdə isə QİÇS aşkarlanıb: "Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 4 olub".

İnstitut direktorunun sözlərinə görə, 2015-ci ildən indiyədək 555100 nəfərdə qan müayinəsi aparılıb: “19635 cütlükdən birində talassemiya daşıyıcılığı, 1789 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 1789 nəfərdə sifilis, 500 nəfərdə HİV(QİÇS) qeydə alınıb".

Xəbər lenti
0