Yarım milyon avtomobil geri çağırılır - qəfil alışa bilər

© AP Photo / SCOTT HEPPELLАвтомобильный завод Nissan
Автомобильный завод Nissan - Sputnik Azərbaycan
Abunə olmaq
Mütəxəssislər problemi kilid əleyhinə əyləc sisteminin sürücü nasosunda aşkar ediblər. Qeyd edilib ki, onda olan maye dövrə lövhəsinə sıza və yanğına səbəb ola bilər

BAKI, 17 noyabr — Sputnik. "Nissan" avtomobil şirkəti əyləc mayesinin sızması probleminə görə dünyada 450 min avtomobili geri çağırır.

Осмотр автомобиля, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Avtomobili olanların diqqətinə: Parlament rüsumu rəsmən qaldırıldı

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, şirkətdən verilən məlumata görə, bu qüsur avtomobil vasitəsinin yanmasına səbəb ola bilər. Buna görə sahiblərinə binalardan uzaq dayanmağı tövsiyə edilib.

Şirkət bir neçə modeli geri çağırır. Bunlar arasında 2015-2018-ci il istehsalı "Nissan Murano SUVs", 2017-2019-cu il istehsalı "İnfiniti QX60" və "Nissan Pathfinder" və 2016-dan 2018-ci ilə qədər istehsal olunan "Maxima" sedanları daxildir. Geri çağırış kampaniyası əsasən ABŞ və Kanadaya aiddir və proses gələn ilin yayına qədər davam edəcək. Mütəxəssislər problemi kilid əleyhinə əyləc sisteminin sürücü nasosunda aşkar ediblər. Qeyd edilib ki, onda olan maye dövrə lövhəsinə sıza və yanğına səbəb ola bilər. Alınan avtomobillər barədə dekabrın 2-də əlavə məlumat veriləcək.

Xəbər lenti
0