Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Avtomobili olanların diqqətinə: Parlament rüsumu rəsmən qaldırıldı

Abunə olmaq
Dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rusumu artırılıb

BAKI, 22 oktyabr – Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişikliyə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rusumu artırılıb.

Dəyişikliyə görə, nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rüsumu 20 manatdan 30 manata qaldırılıb.

Dəyişiklik 1 yanvar 2020-ci ildən qüvvəyə minəcək.

Dəyişiklik müzakirəyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Xəbər lenti
0