Əsas faktlar
• Almaniya (1972, 1980 (hər iki dəfə AFR kimi) və 1996) və İspaniya yığmaları (1964, 2008, 2012) - Avropa çempionarlarında ən çox uğur qazananlardır. Fransa yığması iki dəfə qalib olub (1984, 2000).
• 2012-ci ildə İspaniya dalbadal ikinci dəfə Avropa çempionu olmuş ilk ölkə oldu.
• Kriştianu Roanldu və Mişel Platini (hərəyə 9 qol) - final mərhələləri tarxinində ən yaxşı bombardirlərdir.
• 2020-ci ildə Ronaldu beş AVRO-da oynamış ilk oyunçu ola bilər.
Oyunçular
Keçirilmiş oyunların sayı
21: Kriştianu Ronaldu (Portuqaliya)
18: Bastian Şvaynştayger (Almaniya)
17: Canluicci Buffon (İtaliya)
Keçirilmiş oyunların sayı (təsnifat sayılmaqla)
58: Canluicci Buffon (İtaliya)
55: Kriştianu Ronaldu (Portuqaliya)
51: Mario Frik (Lixtenşteyn)
Ən çox qol
9: Mişel Platini (Fransa)
9: Kriştianu Ronaldu (Portuqaliya)
7: Alan Şirer (İngiltərə)
Təsnifat sayılmaqla ən çox qol
39: Kriştianu Ronaldu (Portuqaliya)
25: Zlatan İbrahimoviç (İsveç)
23: Robbi Kin (İrlandiya)
Het-triklər
Diter Müller (AFR - Yuqoslaviya 4:2, yarımfinal, 17.06.76)
Klaus Allofs (AFR - Niderland 3:2, qrup mərhələsi, 14.06.80)
Mişel Platini (Fransa - Belçika 5:0, qrup mərhələsi, 16.06.84)
Mişel Platini (Fransa - Yuqoslaviya 3:2, qrup mərhələsi, 19.06.84)
Marko van Basten (Niderland - İngiltərə 3:1, qrup mərhələsi, 15.06.88)
Serjiu Konseysay (Portuqaliya - Almaniya 3:0, qrup mərhələsi, 20.06.00)
Patrik Klüyvert (Niderland - Yuqoslaviya 6:1, qrup mərhələsi, 25.06.00)
David Vilya (İspaniya - Rusiya, qrup mərhələsi, 10.06.08)
Bir final turnirində ən çox qol
9: Muşel Platini (Fransa, 1984)
Ən tez qol
1 dəqiqə 7 saniyə: Dmitri Kiriçenko (Rusiya - Yunanıstan 2:1, 20.06.2004)
Ən tez het-trik
18 dəqiqə: Mişel Platini (Fransa - Yuqoslaviya 3:2, 19.06.1984)
Ən gənc oyunçu
18 il 71 gün: Cetro Villems (Niderland - Danimarka 0:1, 09.06.2012)
Ən gənc qol müəllifi
18 il 141 gün: Yohan Fonlanten (İsveçrə - Fransa 1:3, 21.06.2004)
Ən yaşlı oyunçu
40 il 86 gün: Qabor Kiray (Macarıstan - Belçika 0:4, 26.06.2016)
Ən yaşlı qol müəllifi
38 il 257 gün: İvitsa Vastiç (Avstriya - Polşa 1:1, 12.06.2008)
Dörd final turnirinin iştirakçıları
Lotar Matteus (AFR/Almaniya 1980, 1984, 1988, 2000)
Peter Şmeyxel (Danimarka 1988, 1992, 1996, 2000)
Alessandro Del Pyero (İtaliya 1996, 2000, 2004, 2008)
Edvin van der Sar (Niderland 1996, 2000, 2004, 2008)
Lilian Türam (Fransa, 1996, 2000, 2004, 2008)
Olof Möllberq (İsveç, 2000, 2004, 2008, 2012)
Kriştianu Ronaldu (Portuqaliya, 2004, 2008, 2012, 2016)
Zlatan İbrahimoviç (İsveç, 2004, 2008, 2012, 2016)
Bastian Şvaynştayger (Almaniya, 2004, 2008, 2012, 2016)
Canluicci Buffon (İtaliya, 2004, 2008, 2012, 2016)
Bütün AVRO-ların ən yaxşı bombardirləri
1960: 2 - Fransua Ott (Fransa), Viktor Ponedelnik (SSRİ), Valentin İvanov (SSRİ), Drajen Yerkoviç
(Yuqoslaviya)
1964: 2 - Xesus Mariya Pereda (İspaniya), Ferens Bene (Macarıstan), Dese Novak (Macarıstan)
1968: 2 - Draqan Caiç (Yuqoslaviya)
1972: 4 - Herd Müller (AFR)
1976: 4 - Diter Müller (AFR)
1980: 3 - Klaus Allofs (AFR)
1984: 9 - Mişel Platini (Fransa)
1988: 5 - Marko van Basten (Niderland)
1992: 3 - Henrik Larsen (ДDanimarka), Karl-Hayns Ridle (Almaniya), Dennis Berqkamp (Niderland), Tomas Brolin
(İsveç)
1996: 5 - Alan Şirer (İngiltərə)
2000: 5 - Patrik Klüyvert (Niderland), Savo Miloşeviç (Yuqoslaviya)
2004: 5 - Milan Baroş (Çexiya)
2008: 4 - David Vilya (İspaniya)
2012: 3 - Fernando Torres (İspaniya), Alan Dzaqoyev (Rusiya), Mario Qomes (Almaniya), Mario Mancukiç (Xorvatiya), Mario Balotelli (İtaliya), Kriştianu Ronaldu (Portuqaliya)
2016: 6 - Antuan Qrizmann (Fransa)
Komandalar
Ən çox titul sahibləri
3: İspaniya (1964, 2008, 2012), AFR/Almaniya (1972, 1980, 1996)
Daha çox final turniri (AVRO-2020 nəzərə alınmır)
12: Almaniya/AFR
Bir turnirdə ən çox qol
14: Fransa (1984)
Bir qrup mərhələsində daha çox qol
9: Fransa (1984), Niderland (2008)
Bir qrup mərhələsində daha çox buraxılmış qol
10: Yuqoslaviya (1984)
Oyunlar
Ən məhsuldar qarşılaşma
Fransa - Yuqoslaviya 4:5 (06.07.1960, 1/2 final)
Ən böyük hesablı qələbıələr
Niderland - Yuqoslaviya 6:1 (25.06.2000, 1/4 final)
Danimarka - Yuqoslaviya 5:0 (16.06.1984, qrup mərhələsi)
Fransa - Belçika 5:0 (16.06.1984, qrup mərhələsi)
İsveç - Bolqarıstan 5:0 (14.06.2004, qrup mərhələsi)
Ən məhsuldar heç-heçələr
Rusiya - Çexiya 3:3 (19.06.1996, qrup mərhələsi)
Yuqoslaviya - Sloveniya 3:3 (13.06.2000, qrup mərhələsi) Macarıstan - Portuqaliya 3:3 (22.06.2016, qrup mərhələsi)
Heç vaxt AVRO-ya çıxmayıblar
Azərbaycan, Andorra, Ermənistan, Belarus, Bosniya və Herseqovina, Cəbəlütttariq, Gürcüstan, İsrail, Qazaxıstan, Kipr, Kosovo, Litva, Lixtenşteyn, Lüksemburq, Malta, Moldova, San-Marino, Şimali Makedoniya, Farer Adaları, Finlandiya, Monteneqro, Estoniya
Müxtəlif
• Yalnız üç milli komanda doğma meydanlarda Avropa çempionatının qalibi olublar: İspaniya (1964), İtaliya (1968) və Fransa (1984).
• 2012-ci ildə İspaniya Avropa çempionu titulunu qoruyub saxlamış ilk yığma oldu.
• İspaniya yığmasının səkkiz futbolçusu qalib gəldikləri AVRO 2008 və 2012-nin hər ikisində yığmanın heyətində olublar: İker Kasilyas, Serxio Ramos, Andres İnyesta, Xavi Ernandes, Sesk Fabreqas və David Silva hər iki dəfə start heyətində meydana çıxıblar, Fernando Torres 2008-də start heyətində olub, 4 ildən sonra isə əvəzetmə ilə oyuna çıxıb, Xabi Alonso isə 2008-də əvəzetmədən oyun çıxıb, 2012-də isə start heyətində olub.
• Berti Foqts həm oyunçu (1972), həm də məşqçi (1996) kimi Avropa çempionu olmuş yeganə şəxsdir.
• Bütün tarix boyu üç komanda eyni vaxtda dünya və Avropa çempionu titulunu daşıyıblar. 1972-ci ildə AFR yığması Avropa çempionu oldu, iki il sonra isə dünya çempionatında qalib gəldi. Bu siyahıda ikinci 1998-ci ildə Avropa, 2000-ci ildə isə dünya çempionu olmuş Fransa yığmasıdır. Dalbdal üç iri turniri ilk dəfə ispanlar udublar. Onlar 2008 və 2012-ci illərdə Avropa, 2010-cu ildə isə dünya çempionu olublar.
• Eyni ildə Çempionlar kubokunda və Avropa çempionatında qalib gələnlər
1964: Luis Suares ("İnternasionale" və İspaniya yığması)
1988: Hans van Brekelen, Ronald Kuman, Berri van Arle, Cerald Vanenburq (PSV və Niderland yığması)
2012: Fernando Torres, Xuan Mata ("Çelsi" və İspaniya yığması)
2016: Kriştianu Ronaldu, Pepe ("Real" və Portuqaliya yığması)
• Vim Kift və Nikolya Anelka bu seçilmişlər klubuna düşməyin bir addımlığına olublar. Kift 1987/88 mövsümündə Çempionlar kubokunun qalibi olub, sonra isə AVRO-88-də Hollandiya yığmasının ehtiyat oyunçular skamyasında qalıb. Fransız Anelkanın başına da təxminən eyni şey gəlib. O, 1999/00 mövsümündə "Real"ın tərkibində ÇL-də qalib olduqdan sonra qitə birinciliyinin finalında meydançaya çıxmaylıb. Fransız forvardın Madrid klubu üzrə 2000-ci ildəki tərəfdaşı Kristian Karamböyə başqa unikal nailiyyət məxsusdur - hər iki həlledici oyunda o ehtiyat oyunçular skamyasında oturub.
• 2008-ci ildə Almaniya yığmasının və "Çelsi"nin yarımmüdafiəçisi Mixael Ballak eyni ildə həm ən nüfuzlu Avropa klub kubokunun və Avropa çempionatının finalında məğlub olmuş ilk futbolçu olub.
• Dörd futbolçu eyni ildə Çempionlar kubokunun finalında məğlub olublar, lakin Avropa çempionu ola biliblər. Bu siyahıya daxildirlər: İqnasio Soro və Amansio Amaro (1964-cü il, "Real", İspaniya yığmas), Manni Kalts və Xorst Xrubeş (1980-ci il, "Hamburq", AFR yığması).