CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni sürücülük vəsiqəsi: Bundan sonra istəsəniz də, itkin düşə bilməyəcəksiniz

© Pexels Hugo Santos / driverSürücü
Sürücü - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni sürücülük vəsiqələrinin üstünlüyü həm də ondan ibarətdir ki, itdiyi zaman onun yerini müəyyənləşdirmək mümkün olacaq.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 14 noyabr — Sputnik. Azərbaycanda tətbiqinə başlanan yeni sürücülük vəsiqələrinə yerləşdirilən çiplər vəsiqə itdiyi zaman onun yerini müəyyənləşdirməyə imkan verir. Həmçinin əgər vəsiqə vətəndaşın üzərindədirsə, vətəndaş itkin düşübsə və ya başına hər hansı bədbəxt hadisə gəlibsə, onun yerini müəyyən etmək mümkün olacaq.

Автомобиль ДПС, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yol polisindən sürücülərə müraciət

Bu sözləri Sputnik Azərbaycan-a baş nazirin sürücülük vəsiqəsi ilə bağlı yeni qərarını şərh edən ekspert Elməddin Muradlı deyib.

Qeyd edək ki, Azərbaycanın baş naziri "Sürücülük vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında" qərarda dəyişikliklər edib. Bu dəyişikliklərə əsasən, sürücülük vəsiqələrinin forması dəyişdiriləcək. Bundan sonra veriləcək vəsiqənin daxilində təmassız mübadilə oluna bilən elektron daşıyıcı (çip) yerləşdiriləcək.

Vəsiqədə mövcud olan məlumatlar həmin elektron daşıyıcı vasitəsilə eyniləşdiriləcək. Elektron daşıyıcıya məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində köçürüləcək.

Sözügedən qərarı Sputnik Azərbaycan-a şərh edən ekspertlər, yeni sürücülük vəsiqələrinin hansı üstünlüklərə malik olduğana, bunun sürücülərə hansı imkanları verəcəyinə aydınlıq gətiriblər.

Водитель, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Ölü" ixtisaslar: Yaxud tranzit ölkəyik, amma maşın sürən sürücülərimiz yoxdur

Sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə bağlı qərarın bu ilin aprel ayında qəbul edildiyini xatırladan nəqliyyat eksperti Eldəniz Cəfər bildirib ki, yeni dəyişiklik sürücülük vəsiqəsində olan məlumatların vəsiqədə olan çipə də yerləşdirilməsi barədədir. Bu dəyişiklik Azərbaycan Respublikası sürücülük vəsiqələrinin beynəlxalq statuslu olmasına əsas verir. Yəni bundan sonra dünyanın müxtəlif ingilis dilli ölkələrində Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqələri oxuna biləcək.

Digər nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə bildirib ki, bütün sürücülərin məlumatları Mərkəzi Məlumat sistemində olur və çip vasitəsilə həmin məlumatları izləmək mümkündür. Son zamanlar verilən sürücülük vəsiqələrinə artıq belə çiplər yerləşdirilib.

"Bunun üstün cəhətlərindən biri odur ki, sürücülük vəsiqəsi itdiyi zaman onun yerini müəyyənləşdirmək mümkün olur. Eyni zamanda, əgər vəsiqə vətəndaşın üzərindədirsə və həmin vətəndaş itkin düşərsə, yaxud başına hansısa bədbəxt hadisə gələrsə, onda vəsiqədəki çipin köməyi ilə onun yerini müəyyən etmək mümkün olacaq", - deyə Muradlı bildirib.

Qəza zamanı yararsız hala düşmüş VAZ-21011 - Sputnik Azərbaycan
HADİSƏ
Qəza sürücünün həyatını, iki kəndin də işığını apardı

Onun sözlərinə görə, çipli sürücülük vəsiqələri plastik kart kimi verilir. Gələcəkdə bu vəsiqələdən bank əməliyyatlarının həayata keçirilməsi məqsədilə də istifadə edilə bilər. Bunun üçün isə Daxili İşlər Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında müqavilə olmalıdır.

"Gələcəkdə pullu yollarda, pullu parkinqlərdə ödənişləri həmin kartlarla etmək mümkün ola bilər. Bu, dünyanın bir çox ölkələrində tətbiq edilib. Hesab edirəm ki, düzgün şəkildə tətbiq edilsə, həmin vəsiqənin bütün funksiyalardan istifadə etmək mümkün olacaq", - deyə Elməddin Muradlı əlavə edib.

Xəbər lenti
0