CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yol polisindən sürücülərə müraciət

© Sputnik / Rahim MuradovАвтомобиль ДПС, фото из архива
Автомобиль ДПС, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu da baş verə biləcək qəzaların sayının azalmasında mühüm rol oynayacaq""Bu da baş verə biləcək qəzaların sayının azalmasında mühüm rol oynayacaq"

BAKI, 13 noyabr — Sputnik. Bir çox rayonlararası hərəkətdə olan sürücülərin məsuliyyətsiz hərəkəti qəzalara səbəb olur. Belə ki, yuxusuz halda yola çıxır, yolda dincəlmir və nəticədə qəzalar baş verir. Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, profilaktik tədbirlərə baxmayaraq, bəzi hərəkət iştirakçıları bu tövsiyələrə əməl etmir:

"Sürücülərə müraciət edərək bildirmək istərdik ki, hər hansı sürücü səfərə çıxmazdan əvvəl avtomobilinə xüsusi diqqət yetirməlidir. Sürücü və sərnişinlər təhlükəsizlik kəmərindən istifadə etməlidir və təbii ki, hərəkət zamanı sürət rejiminə, manevretmə qaydalarına, eləcə də, digər təhlükəsizlik tədbirlərinə ciddi əməl olunmalıdır. Yorğun və yuxusuz halda sükan arxasında əyləşmək yolverilməzdir. Yollardakı polis postlarında sürücülər üçün istirahət otaqları var. İstənilən sürücü yorğun olduğu halda, postlarda avtomobillərini saxlayıb, bu otaqlardan istifadə edə bilər. Bu da baş verə biləcək qəzaların sayının azalmasında mühüm rol oynayacaq."

Xəbər lenti
0