BAKI, 12 noyabr — Sputnik. Turinin "Yuventus" klubu Kriştianu Ronalduya İtaliya çempionatında "Milan"a qarşı keçirilən oyunda əvəz olunduqda göstərdiyi reaksiyaya görə cəza verməyəcək.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Goal.com yazıb.
Məlumata görə, klubun qaydalarına uyğun olaraq Ronaldu hərəkətinə görə böyük məbləğdə cərimələnməliydi. Ancaq "Yuve"nin rəhbərliyi portuqaliyalını cəzalandırmaq istəməyib.
Cristiano Ronaldo will NOT be fined or punished by Juventus for his reaction to being substituted during their win over Milan on Sunday 👀 pic.twitter.com/XUzlcojzAq
— Goal (@goal) November 11, 2019
Hücumçu meydanı oyunun 55-ci dəqiqəsində tərk edib. Baş məşqçi Maurisio Sarrinin yanından keçərkən onu söyüb, əl vermədən birbaşa soyunub-geyinmə otağına gedib. Üstəlik, oyun bitməmiş stadionu da tərk edib.
Sarri isə oyundan sonra deyib ki, Ronaldu dizində zədə ilə matça çıxıbmış, buna görə də zədəsinin daha da artmasını istəmədiyindən hücumçunu əvəzləyib.
Ronaldunun əvəzinə meydana Paulo Dibala çıxıb və "Yuventus"un yeganə qələbə qolunu vurub.
Looooool no way Cristiano Ronaldo subbed off and booed by Juve fans? Dont kill me 😭😭pic.twitter.com/ifdt1xcGAG
— Ahmed ∞ (@MessiCuIe) November 10, 2019
Noyabrın 7-də Ronaldu Çempionlar Liqasında Moskva "Lokomotiv"i ilə oyunun 82-ci dəqiqəsində əvəzlənmişdi. Həmin vaxt da portuqaliyalı forvard məşqçiyə açıqlanmışdı.
Kriştianu Ronaldu beş "Qızıl top"un sahibidir. O, beş dəfə Çl-in, Portuqaliya millisi ilə isə bir dəfə Avropa çempionatının qalibi olub.