CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pik saatlarda bəzi xətlərə avtobuslar əlavə olunacaq - YENİLİK

© © Sputnik / Elvin AhmadBakı Sumqayıt yolu
Bakı Sumqayıt yolu - Sputnik Azərbaycan
Abunə olmaq
"Gələn ildən həmin xətlər üzrə pik saatlarda avtobusların sayı artırılacaq, bizim tərəfimizdən xəttə əlavə avtobuslar salınacaq"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 12 noyabr — Sputnik. Dövlət Avtomobil Nəqliyyatı Xidməti Sumqayıt, Xırdalan, Masazır, Novxanı, Saray və digər ətraf qəsəbələrdən Bakıya sərnişindaşıma ilə bağlı monitorinq aparıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Xidmətin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.

İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışında iştirak edib - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verildi

O bildirib ki, Xırdalan, Mazasır, Novxanı, Abşeron Gənclər Şəhərciyi, Saray-Bakı istiqamətində marşrut xətlərində ciddi problemlər aşkarlanıb. Monitorinqlər zamanı bəlli olub ki, bu istiqamətlərdən Bakıya sərnişin daşıyan avtobusların sayı sərnişin axınına adekvat deyil: "Bu istiqamətdə sərnişin daşıyan avtobusların sayı normal olsa da, monitorinqlər zamanı məlum oldu ki, pik saatlarda həmin xətlər üzrə avtobus çatışmazlığı müşahidə olunur. Ona görə də biz daşıyıcılara deyə bilmirik ki, xətdəki avtobusların sayını artır. Monitorinq göstərir ki, avtobus sayı normaldır, sadəcə yolda sıxlıq olduğundan, avtobuslar vaxtında gəlib mənzil başına çata bilmir.

Bakı-Sumqayıt istiqamətində səhər və axşam saatlarında yol tıxac olduğundan, sərnişinlər avtobus çatışmazlığı problemi yaşayırlar. Buna görə də gələn ildən həmin xətlər üzrə pik saatlarda avtobusların sayı artırılacaq, bizim tərəfimizdən xəttə əlavə avtobuslar salınacaq. Digər saatlarda isə avtobusların sayında dəyişikliklər olmayacaq".

Xəbər lenti
0