BAKI, 12 noyabr — Sputnik. Ötən həftə Almaniya Bundesliqasının 11-ci turunda keçirilən "Frayburq" - "Ayntraxt" matçında insident baş verib.
Sputnik Azərbaycan xəbər verir ki, qarşılaşmanın 90+5-ci dəqiqəsində qonaqların kapitanı David Abraham topu oyuna daxil etmək üçün meydançanın kənarına qaçarkən rəqib komandanın baş məşqçisi Kristian Ştrayxı vuraraq yerə yıxıb.
Bundan sonra Frankfurt klubunun futbolçuları Abrahama hücum ediblər. Baş hakim isə bu hərəkətinə görə futbolçuya qırmızı vərəqə göstərib.
Qeyd edək ki, "Şvarltsvard ştadium"da keçirilən oyun 1:0 hesabı ilə ev komandasının xeyrinə bitib.