Rahim Muradov, Sputnik Azərbaycan
Bu gün Lənkəran rayonu ərazisində Dövlət Bayraq Günün və Konstitusiya Gününə və “Velosiped sürək, ətraf mühiti qoruyaq!” adlı veloyürüş təşkil edilib. Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Taleh Qurbanovun Sputnik Azərbaycan-a verdiyi məlumata əsasən, bu veloyürüş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, Hirkan Milli Parkının və Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə təşkil edilib:
“Velosiped sürək, ətraf mühiti qoruyaq!” devizi altında çox gözəl bir yürüş baş tutdu. Tədbirə paytaxt Bakıdan yığma komandanın 10 velosipedçisi qoşulmuşdu. Məqsəd həvəskar velosipedçiləri həvəsləndirib, peşəkar idmana cəlb etməkdir. Çox gözəl haldır ki, bölgədə velosiped idmanına maraq artıb və bugünkü yürüşdə də bunun şahidi olduq. Belə ki, 200-dən artıq velosipedçi 10 km-dək məsafəni qət edərək finiş xəttini keçiblər".