BAKI, 10 noyabr — Sputnik. Argentinanın "Estudiantes de la Plata" futbol klubu yeni meydançasının açılışında azarkeşlərə inanılmaz anlar yaşadıb.
Sputnik Azərbaycan Marca-ya istinadən bildirir ki, Xorxe Luis Hirşinin adını daşıyan meydanda qəflətən tribunaların üzərində tamamilə oddan yaranmış kimi görünən şir peyda olub. Nəhəng "odlu" holoqram tribunaların üzəri ilə var-gəl eləməyə başlayıb. Azarkeşlər olanları heyranlıqlar izləyiblər.
Xatırladaq ki, "Estudiantes" klubunun köhnə stadionu 1907-ci ildə tikilmiş, yüz il sonra isə sökülərək yenidən inşa edilməyə başlamışdı. Bu illər ərzində "Siçovul ovçuları" ləqəbli klub Buenos-Ayres əyalətinin hökumətinə məxsus, 53 min azarkeş tutumu olan "Estadio Syudad de la-Plata" meydanında oynayırdı.