CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qarabağ"ın Nikosiya sınağı - Kiprdə "ölüm-dirim" mübarizəsi

© Sputnik / Murad OrujovМатч третьего тура группы A Лиги Европы по футболу между азербайджанским "Карабахом" и кипрским АПОЭЛ
Матч третьего тура группы A Лиги Европы по футболу между азербайджанским Карабахом и кипрским АПОЭЛ - Sputnik Azərbaycan
Abunə olmaq
Qarşılaşmanı avstriyalı hakimlər briqadası idarə edəcək. Azarkeşlərin səbirsizliklə gözlədiyi oyun Bakı vaxtı ilə 21:55-də başlayacaq və "CBC Sport" kanalı ilə canlı yayımlanacaq

BAKI, 7 noyabr — Sputnik. Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Qarabağ" növbəti matçına çıxacaq. Ağdam təmsilçisini Kipr səfərində APOEL-lə çətin qarşılaşma gözləyir.

Матч третьего тура группы A Лиги Европы по футболу между азербайджанским Карабахом и кипрским АПОЭЛ - Sputnik Azərbaycan
FOTO
Qələbənin bir addımlığında: "Qarabağ" APOEL-lə heç-heçə etdi

Qrupda 4 xalla 2-ci olan "Qarabağ" səfərdə qalib gəldiyi təqdirdə, növbəti mərhələyə vəsiqə üçün böyük şans qazanacaq. Bir xalla qrup sonuncusu olan Nikosiya təmsilçisinə də qələbə hava-su kimi vacibdir. Bu baxımdan "Qarabağ"ı asan oyun gözləmədiyini demək olar.

Bu, "Qarabağ"ın APOEL-lə mövsümdə 4-cü oyunu olacaq. Əvvəlcə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində səfərdə 2:1 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası doğma meydanda 0:2 uduzaraq, turnirlə vidalaşmışdı. Avroliqanın qrupunda Bakıdakı oyunda isə qalib müəyyənləşməyib – 2:2.

Qarşılaşmanı avstriyalı hakimlər briqadası idarə edəcək. Azarkeşlərin səbirsizliklə gözlədiyi oyun Bakı vaxtı ilə 21:55-də başlayacaq və "CBC Sport" kanalı ilə canlı yayımlanacaq.

Qeyd edək ki, bu gün A qrupunun digər oyununda "Sevilya" (İspaniya) səfərdə "Düdelanj"la (Lüksemburq) qarşılaşacaq.

Xəbər lenti
0