Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Vahid Azərbaycan brendi gəlir: Ağılla yanaşsaq, ciddi uğur da olacaq

© Sputnik / Murad OrujovTəzə bazarda meyvə-tərəvəz piştaxtaları, arxiv şəkli
Təzə bazarda meyvə-tərəvəz piştaxtaları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
“Xüsusən quru subtropik və ya qərzəkli meyvələrimiz ilə Avropa bazarına daxil ola və rəqabət apara bilərik. Bununla ölkəmizin ixracat gəlirlərini artırmaq mümkündür”

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 5 noyabr — Sputnik. “Yanvarda Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı üçün yeni brendin təqdimatının keçirilməsi gözlənilir". Bunu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat" ASC-nin mətbuat katibi Mayis Musayev deyib.

Arıçılıq təsərrüfatı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Astara arıçıları kömək istədi: Balımızı brend kimi dünyaya çıxararıq

O bildirib ki, yeni brendin adı ixrac bazarına uyğun olacaq: "Hazırda brendin adının formalaşdırılması istiqamətində iş aparılır. Brendin adı formalaşandan sonra məhsulların qablaşdırılması məsələsi gündəmə gələcək. Brendin təqdimatından sonra Azərbaycan məhsulları bu adla xarici bazara göndəriləcək. Yəni bütün məhsullarınız bir ad altında ixrac ediləcək".

Yeni brendin yaradılması ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyib ki, bütövlükdə Azərbaycanın vahid brend ilə ixrac bazarlarına çıxması kifayət qədər effekt verə biləcək məsələdir: “Bu addım xarici bazarlarda mövqe tutmaq baxımından mühümdür. Amma bazar iqtisadiyyatı şəraitində müxtəlif çeşidli məhsulların, əmtəələrin, xidmətlərin eyni brend adı altında bazara çıxarılması dünya təcrübəsinə görə bazarlarda o qədər də özünə yer tutmayıb. Çünki məhsullar, əmtəələr və xidmətlər müxtəlifdir”.

Onun sözlərinə görə, burada Azərbaycan adını göstərmək səmərə verə bilər, amma brendin adı birmənalı şəkildə ölkənin adı ilə eyni olmamalıdır: “Məsələn, elə kənd təsərrüfatı məhsulları var ki, onların adının Azərbaycan və yaxud digər ümumi sözlər ilə əvəzlənməsi həmin ölkənin bazarlarda mövqe tutmasına müsbət effekt verməyə də bilər. Ona görə də sadəcə olaraq "Made in Azerbaijan" və yaxud hansısa formada məhsulun Azərbaycan dövlətinə, müəssisəsinə məxsus olması göstərilə bilər. Amma bütün kənd təsərrüfatı məhsullarına ümumi bir brend müəyyən etmək səthi yanaşma olardı”.

Elşad Məmmədov bildirib ki, bazar iqtisadiyyatı şəraitində bütövlükdə kənd təsərrüfatı əmtəələrini bir brend adı altında yerləşdirməyə dünya təcrübəsində rast gələ bilmərik: “Eyni zamanda kənd təsərrüfatı məhsullarının istehsalı, satışı ilə müxtəlif özəl şirkətlər məşğul olurlar. Özəl şirkətlərin brendini necə adlandırması öz hüququdur və bu, onların marketinq xidmətinin birbaşa məsuliyyəti çərçivəsindədir. Bazar iqtisadiyyatı şəraitində bununla müəssisələrin marketinq xidmətləri məşğul olur”.

“Bundan başqa, bu sahədə çeviklik olmalıdır, hər bazara müxtəlif adla çıxmaq effektivliyi artıra bilər. Bu, marketinq məsələsidir və burada yanaşma mürəkkəb olmalıdır. Çünki qoyulan məsələlər də kifayət qədər mürəkkəbdir. Bu sahədə hələ ki, problemlər kifayət qədər çoxdur”, - deyə professor qeyd edib.

Levi Strauss & Co. - Sputnik Azərbaycan
Fəhlə geyimi kimi ortaya çıxmış populyar brend

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı isə Sputnik Azərbaycan-a deyib ki, vahid brend adı altında inkişaf etmiş ölkələrə, o cümlədən Avropa İttifaqına məhsulları ixrac etmək daha rahatdır: “Bu, müsbət təşəbbüsdür. Amma hansı brend adı altında olursa-olsun ixrac məhsulları həmin ölkələrin tələblərinə cavab verməlidir. Çünki Avropa İttifaqında xüsusən bitkiçilik məhsulları üzrə tələblər çox yüksəkdir. Həmin məhsulların tərkibində kimyəvi maddələrin miqdarı normadan çox ola bilməz. Digər tərəfdən, kənd təsərrüfatı məhsulları Avropa İttifaqının tələb etdiyi qablaşdırmaya uyğun olmalıdır. Bu tələblər nəzərə alınsa, bizim geniş imkanlarımız var”.

Ekspert bildirib ki, Avropa ekoloji təmiz məhsullara üstünlük verir: “Azərbaycanın torpaq-iqlim şəraiti çox keyfiyyətli məhsullar yetişdirməyə imkan verir, amma bundan zəif istifadə edirik. Fikrimcə, xüsusən quru subtropik və ya qərzəkli meyvələrimiz ilə Avropa bazarına daxil ola və rəqabət apara bilərik. Bununla ölkəmizin ixracat gəlirlərini artırmaq mümkündür. Tək bir brend ilə kifayətlənmək doğru olmaz, çünki bu, ixracat imkanlarımızı bir az məhdudlaşdırar”.

Bakıda dünyanın 100-ə yaxın brend tikinti və inşaat layihəsi nümayiş olunur>>

“Bizim bazara çıxış imkanlarımız məhduddur. Fermerlərimizin bir çox halda keyfiyyətli məhsullar yetişdirməsinə baxmayaraq, onun ixracını həyata keçirə bilmirlər. Burada maarifləndirmə aparılmalı, onlar beynəlxalq sərgilərə qatılmalı, fermerlər özlərinin saytını yaratmalıdırlar. Bu məsələlər kompleks şəkildə həyata keçirilsə, Avropa bazarlarına çıxa bilərik”, – deyə o əlavə edib.

Xəbər lenti
0