BAKI, 4 noyabr — Sputnik. 2010-cu ilin fevralından etibarən Azərbaycanda "Uşaq qaynar xətti"nə zorakılıqla bağlı 36 minə yaxın müraciət daxil olub. Bu isə sözügedən sahədəki problemlərlə bağlı ciddi düşünməyə vadar edir.
Hələ cari ilin yayında Azərbaycanın Ombudsman aparatı Milli Məclisə Azərbaycanın "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurası Konvensiyasına qoşulması ilə bağlı sənədi ratifikasiya etmək üçün göndərib. Bu məsələ parlamentin payız sessiyasının gündəliyinə salınıb və artıq sənəd ratifikasiya edilib.
Bu mövzuda mediada və sosial şəbəkələrdə gedən müzakirələr, mübahisələr bunun Azərbaycan cəmiyyəti üçün çox əhəmiyyətli olduğunu söyləməyə imkan verir və bu problem təxirə salınmadan həll edilməlidir.
Bu mövzu noyabrın 7-də saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində müzakirə ediləcək. Dəyirmi masada iştirak edəcəklər:
- Azərbaycan Uşaqlar Birliyinin sədri, tanınmış uşaq hüquqları müdafiəçisi Kəmalə Ağazadə,
- "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri Ülkər Abdullayeva,
- "Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova,
- Humel Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Taryel Faziloğlu,
- Tanınmış psixoloq Zeynəb Əyyubova,
- Azərbaycan Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva,
- "XXI əsrin qadınları" İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova,
- ekspert Nərmin Şamilbəyli
Əlaqə üçün
E-mail: i.velizade@rian.ru.
Ünvan: Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzi, Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M (4-cü mərtəbə).