CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Axşam hər şey aydınlaşacaq: Fırtına işçiləri "Neft daşları"na çatdırmağa mane olub

© Sputnik / Sergey Malgavko / Mediabanka keçidШторм, фото из архива
Шторм, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Neftçilər öz iş yerlərinə qayıtmaq üçün havanın vəziyyətinin yaxşılaşmasını gözləyirlər. ARDNŞ-in gəmiləri xoşagəlməz hava şərtləri ucbatından səhər reyslərini təxirə salmalı olub

BAKI, 4 noyabr — Sputnik. Noyabrın 4-də, bazar ertəsi səhər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) işçilərinin "Neft Daşları"na çatdırılması cəhdi, havanın fırtınalı olması səbəbindən uğursuz olub və içində heyətin olduğu gəmi geri qayıtmaq məcburiyyətində qalıb.

Бакинский нефтеперерабатывающий завод имени Гейдара Алиева - Sputnik Azərbaycan
CƏMİYYƏT
Rövnəq Abdullayev SOCAR-da dəyişiklik edir: yeni təyinatlar var

Bunu Sputnik Azərbaycan-a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov şirkətin 800 əməkdaşının iş növbəsinin başa çatmasına baxmayaraq, fırtınalı havada dənizdə qalması və gəmilərin dreyf edərək yanacaq israf etməsi barədə sosial şəbəkələrdə yayılan videoməlumatı şərh edərkən deyib.

"SOCAR əməkdaşlarının "Neft daşları"na aparılıb-gətirmə prosesinin təmin edilməsi hava şəraiti yaxşılaşdıqdan sonra mümkün olacaq. Hazırda bu məsələ üzərində iş gedir. Məndə bu barədə dəqiq məlumat yoxdur", - deyən Əhmədov axşama doğru vəziyyətin aydınlaşacağını dilə gətirib.

Onun sözlərinə görə, SOCAR işçilərinin "Neft Daşları"na daşınmasını "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC təmin edir və bu proses hava şəraitindən asılıdır. Sinoptiklər hələ noyabrın 1-də fırtınalı hava şəraiti elan ediblər. SOCAR baş verə biləcək hər hansı xoşagəlməz halın qarşısını almaq üçün öz əməkdaşlarını dənizdəki platformalarından, estakada və özüllərdən təcili surətdə geri qaytarıb.

"Hava proqnozu daha optimist idi, lakin özünü doğrultmadı. İşçilərimizi "Neft Daşları"na göndərməyə çalışsaq da, hava şəraiti buna imkan vermədi. Bu gün də bir gəmi yola salınıb, amma havanın pis olması ucbatından geri qayıtmalı olub. Buna baxmayaraq, ümid edirik ki, hava şəraiti yaxın vaxtlarda sabitləşəcək və bu gün işçilərimizi "Neft Daşları"na çatdıra biləcəyik", - deyə İ.Əhmədov qeyd edib.

Нефтяная качалка, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Dünyanın neft ehtiyatlarının üçdə biri ABŞ sanksiyalarının altındadır

SOCAR yetkilisinin sözlərinə görə, şənbə günü 150-yə yaxın neftçi sahilə qaytarılıb. Qapalı yerlərdən kənardakı işlər maksimum məhdudlaşdırılıb. Eyni zamanda, fövqəladə halların qarşısının alınması üçün Fövqəladə Hallar Nazirliyi ilə daim əlaqə saxlanılır.

Noyabrın 5-nə gözlənilən hava proqnozuna görə, Abşeron yarımadasında və Bakıda yağışlar tədricən dayansa da, cənub küləyinin arabir güclənəcəyi gözlənilir. Respublikanın bölgələrində qərb küləyinin olacağı, Azərbaycanın cənubunda yağış yağacağı ehtimalı var.

Xatırladaq ki, noyabrın 2-də hava şəraitinin günortadan sonra pisləşəcəyi xəbərdarlığı ilə bağlı SOCAR təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirib. Bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində işlər dayandırılıb, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında göstərişlər verilib, zəruri sahələrdə növbətçilik təşkil olunub.

Xəbər lenti
0