Azərbaycanlı pəhləvanlar Fransada hamını heyran etdilər

© Instagram / azeribrothersПехлеваны из Губы — братья Лачин и Гусейн Абдулгусейновы
Пехлеваны из Губы — братья Лачин и Гусейн Абдулгусейновы - Sputnik Azərbaycan
Abunə olmaq
Qubalı pəhləvan qardaşlar Fransada müğənnilər Elen Seqara və Marianna Ceyms, sehrbaz Erik Antuan və komik Şuqar Semminin münsif olduğu istedad şousunda uğurla çıxış edərək hər kəsi şoka salıblar.

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 4 noyabr — Sputnik. Erməni əsilli fransalı müğənni Elen Seqara və “La France a un incroyable talent” ("Fransada inanılmaz istedad var") şousinin digər münsifləri Azərbaycanın Quba rayonundan olan pəhləvan qardaşlar Laçın və Hüseyn Abdulhüseynovların çıxışından zövq alıblar.

Bakıda qeyri-adi şou və ya “Kiçik adamların böyük nağılı”>>

Hüseyn Abdulhüseynovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, fransız şousunun təşkilatçıları özləri qardaşları layihədə iştiraka dəvət ediblər.

"Bizə müntəzəm olaraq müxtəlif ölkələrdən layihələrdə iştirak etmək təklifi gəlir və biz onların içindən ən yaxşılarını seçirik. Şounun təşkilatçıları şoularımızın çarxlarını internetdə görüb bizə müraciət ediblər və biz də razılıq vermişik. Biz onlara öz nömrələrimizi göndərmişik və onlar oradan üçünü şou üçün seçiblər", - deyə Abdulhüseynov bildirib.

Pəhləvan qardaşlar şouda özlərinin müxtəlif layihələrdə nümayiş etdirdikləri nömrələrini göstəriblər. Hüseynin sözlərinə görə, layihənin münsifləri - müğənnilər Elen Seqara və Marianna Ceyms, sehrbaz Erik Antuan və komik Şuqar Semmi onların çıxışı zamanı şok keçiriblər. Onların hər biri qardaşların nümayiş zamanı zədə alacağından qorxublar.

“Yaraşıqlı”, “Centlmen” və “Gülməli” – Bakıda üç ispaniyalı maçodan görünməmiş şou  - Sputnik Azərbaycan
VİDEO
“Yaraşıqlı”, “Centlmen” və “Gülməli” – Bakıda üç ispaniyalı maçodan görünməmiş şou

Münsiflər heyətinin bütün üzvləri onlara səs verib və pəhləvanlar layihənin ikinci turuna keçiblər.

La France a un incroyable talent - Got Talent seriyası əsasında hazırlanan fransız istedad şousudur. Bu layihənin ilk mövsümü 2006-cı ildə olub.

Laçın və Hüseyn ABŞ, Ukrayna, Rusiya, İtaliya, Türkiyə, Rumıniya, Avstriya və Gürcüstanın televiziya kanallarında oxşar layihələrdə uğurla iştirak ediblər.

Qeyd edək ki, Abdulhüseynov qardaşları Qubada doğulublar. Onlar vaxtilə məşhur pəhləvan olan atalarının izi ilə gedirlər. Həmçinin doğulduqları rayonda gələcəyin pəhləvanlarını yetişdirməklə məşğuldurlar.

Xəbər lenti
0